• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Bu müalicə də icbari tibbi sığortaya daxildir

Cəmiyyət / Səhiyyə

14-11-2024, 15:04

Bu müalicə də icbari tibbi sığortaya daxildir
Beyin infarktı (işemik insult) – beyin qan dövranının kəskin pozulması nəticəsində baş verən klinik vəziyyətdir. Beyin qan dövranı pozulmasının ən çox rast gəlinən səbəblərindən biri yuxu arteriyası mənfəzinin daralma (stenoz) və tutulmasıdır (okklyuziya).

Damar mənfəzlərinin daralması hallarının təxminən 50%-i aterosklerozun (damarların daxili divarlarında yağ, xolesterin və digər maddələrin toplanması) payına düşür. Yaş artdıqca və ateroskleroz inkişaf etdikcə yuxu arteriyasının daxilində aterosklerotik düyünlər əmələ gəlir. Onların sayı çoxaldıqca və düyünlərin ölçüləri böyüdükcə arteriyanın mənfəzi daralır. Bütün beyin infarktlarının 30%-i yuxu arteriyasının stenozu səbəbindən baş verir.

Yuxu arteriyalarının stenozunu rəngli doppler müayinəsi (USM) ilə aşkar etmək mümkündür. Bu müayinə metodu daralmanın yeri və dərəcəsini müəyyən etməyə imkan verir. Alternativ olaraq stenozun mövcudluğunu, əhatə etdiyi sahəni və dərəcəsini KT, MRT, angioqrafiya kimi radioloji müayinələrlə də müəyyən etmək mümkündür.

Yuxu arteriyası stenozunun müalicəsi insultun qarşısını almağa yönəlib. Stenozun dərəcəsindən asılı olaraq uyğun müalicə metodu seçilir. Dərman müalicəsi aterosklerozun inkişafını ləngidə bilər. Kliniki simptomlar müşahidə edilməklə yuxu arteriyalarında 60%-dən çox daralma cərrahi müalicə üçün göstəriş hesab olunur. İnsultun qarşısını almaq məqsədilə icra olunan əməliyyatlardan biri də karotid endarterektomiyadır. Bu əməliyyat zamanı yuxu arteriyasının daxilindəki aterosklerotik düyünlər çıxarılır. Yerli və ya ümumi anesteziya altında aparılan əməliyyat zamanı darlıq yaradan aterosklerotik yığıntı təmizlənir. Damarın mənfəzi açıldıqdan sonra beynin normal qan təchizatı təmin olunur.

Effektiv cərrahi müdaxilə növlərindən biri yuxu arteriyalarının stentlənməsidir. Yuxu arteriyalarına stentin yerləşdirilməsi insult riskini azaldır və damarların keçiriciliyini bərpa edir. Sadalanan müayinə metodları və cərrahi əməliyyatlar icbari tibbi sığorta hesabına qarşılanır.

Sözügedən xidmətlər icbari tibbi sığorta ilə TƏBİB-in tabeliyindəki Mərkəzi Neftçilər Xəstəxanası, Səhiyyə Nazirliyinin akademik Mustafa Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində və Agentliklə müqaviləsi olan tibb müəssisələrində (özəl və müvafiq dövlət orqanlarının tabeliyindəki tibb müəssisələri) tibbi göstəriş və həkim təyinatına əsasən icra olunur.

Məlumat üçün bildirək ki, yuxu arteriyalarının stenozu bir çox hallarda simptomsuz olur. Əksər hallarda yuxu arteriyası stenozunun ilk təzahürləri insult, keçici işemik həmlə (simptomları 24 saat ərzində keçib gedən beyin qan dövranının işemik tipli kəskin pozulması) ilə bağlı simptomlar ola bilər. Klinik əlamətlərə bədənin hər hansı hissəsində (xüsusən də sifət, əl və ayaq daxil olmaqla) əzələ zəifliyinin əmələ gəlməsi, hissiyyatın zəifləməsi, nitqin aydın olmaması və ya tam pozulması, baş gicəllənmə, udma qabiliyyətinin, yaddaşın və şüurun pozulması, ürəkbulanma, qusma ilə müşayiət olunan kəskin baş ağrısı aiddir. Bu əlamətlər olduqda dərhal təcili tibbi yardım çağırmaq lazımdır.

Uzun müddət tütündən istifadə edən, qanda xolesterini yüksək olan, yüksək qan təzyiqi, şəkərli diabet və ürək xəstəliyindən əziyyət çəkən 65 yaşdan yuxarı şəxslər arasında işemik insult riski daha yüksəkdi.

Oxunub: 175
Paylaş:
Digər xəbərlər

Gündəm

8-09-2022, 08:22

İnsanın yuxu müddəti onun ömrünə təsir edir

Cəmiyyət

8-07-2022, 08:27

İşsiz insanlarda ölüm riski daha çoxdur - Baş kardioloq

Dünya

19-05-2020, 19:03

Koronavirus insanın bütün orqanlarına təsir edir - ARAŞDIRMA

Cəmiyyət

17-05-2020, 16:42

NURAY DƏNİZ yazır...

Maraqlı

5-03-2020, 10:47

Yuxuda beynimizin heyrətamiz sərgüzəştləri

Şou Biznes
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Loqo ✕ RamazanGÜNDƏMSİYASƏTSOSİALMEDİAHADİSƏİQTİSADİYYATMƏDƏNİYYƏTİDMANCOP29DÜNYAMARAQLITƏHLİLDİGƏRHAQQIMIZDAƏLAQƏPEŞƏ ETİKASI “Bu siyahıda yaddan çıxan müğənnilər var”
Ülviyyə Namazovadan efir qadağası qoyulmasına REAKSİYA
"Mən efirlərə QADAĞA QOYMUŞAM"
Mədəniyyət
31-03-2026, 17:04
Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA
30-03-2026, 22:20
Elnur Ağdamlının 30 illik sənət yolu Sumqayıtda yüksək səviyyədə qeyd edildi
30-03-2026, 08:38
Laçında ilin ən böyük turizm layihələrindən biri reallaşır
2-02-2026, 12:00
Kurtlar vadisi və Cefri Epşteyn
19-12-2025, 20:45
Samvel Babayan "AnewZ”un filmində
18-12-2025, 19:26
Mədəniyyət Nazirliyi kimlərdən kitab alıb? - TAM SİYAHI
Hadisə
Bugün, 11:12
Yasamalda partlayış: 16 yaşlı yeniyetmə öldü
Dün, 15:33
Ödənişli yolda ağır qəza - 33 yaşlı qadın öldü
24-06-2026, 09:21
Türkanda avtomobil piyadanı vuraraq öldürdü
Son xəbərlər
  • Bugün, 11:15
    İlham Əliyev Trampı təbrik etdi
  • Bugün, 11:13
    Pezeşkian Paşinyanla görüşdü - ona xəbərdarlıq etdi
  • Bugün, 11:12
    Yasamalda partlayış: 16 yaşlı yeniyetmə öldü
  • Bugün, 11:10
    Şeyx bu ölkəyə gedir
  • Bugün, 11:09
    Müdafiə Nazirliyindən hərbçilərlə bağlı CİDDİ XƏBƏRDARLIQ
  • Dün, 19:54
    Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu İmişli rayonunda keçirildi. 03.07.2026
  • Dün, 15:50
    Naxçıvanda hərbçi vəfat etdi
  • Dün, 15:39
    Nigar Alimova onlara vəzifə verdi
  • Dün, 15:36
    Eldar Əzizov onu rəis təyin etdi
  • Dün, 15:33
    Ödənişli yolda ağır qəza - 33 yaşlı qadın öldü
  • Dün, 15:31
    Rusiya aviasiyasının keçmiş rəhbərləri həbs olundu
  • Dün, 15:28
    “Yüksəliş”də həlledici günlər başladı
  • Dün, 15:25
    182 klinika yoxlanılıb, 56 stomatoloq və müəssisə cərimələnib
  • Dün, 15:24
    Türkiyə Xameneinin vida mərasiminə onu göndərdi
  • Dün, 14:56
    Elm və Təhsil Nazirliyində görüş - Fotolar
  • Dün, 14:53
    Azərbaycan rəsmiləri Tehrandadır
  • 2-07-2026, 16:27
    Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Bərdə rayonunda keçirildi. 02.07.2026
  • 2-07-2026, 16:18
    DİM - imtahanında başqasının yerinə girmək istəyən şəxs saxlanıldı
  • 2-07-2026, 14:43
    Polis Günü qutlu olsun! - Dövlətin və xalqın sarsılmaz dayağı
  • 2-07-2026, 02:05
    Qobuda qanunsuz tikinti iddiası: İcra başçısı Abdin Fərzəliyevdən açıqlama gözlənilir
  • 1-07-2026, 21:07
    Qazi Ceyhun Ağayev saxlanılıb – səbəbi hələlik açıqlanmayıb
  • 1-07-2026, 16:47
    İranda matəm elan olundu
  • 1-07-2026, 16:45
    TƏBİB-in şöbə müdiri vəzifəsindən ayrıldı
  • 1-07-2026, 16:38
    Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Tərtər rayonunda keçirildi. 01.07.2026
  • 1-07-2026, 14:40
    Müəllimlərin işə qəbulu imtahanının vaxtı AÇIQLANDI
  • 1-07-2026, 14:38
    Bu həftə 41 mindən çox abituriyent imtahanı verəcək
  • 1-07-2026, 09:18
    Dünya Çempionatında bugünkü oyunların TƏQVİMİ
  • 30-06-2026, 17:06
    Akademik şəhadətnamələr üçün müraciət tarixi uzadıldı
  • 30-06-2026, 17:05
    İmtahan nəticələri açıqlandı
  • 30-06-2026, 17:02
    DTX-ə daha bir səlahiyyət verildi
  • 30-06-2026, 12:19
    18 yaşadək uşaqlara sosial şəbəkələrlə bağlı yeni qaydalar müəyyənləşdi
  • 30-06-2026, 12:17
    Məcburi köçkünlərə sosial dəstək yeni modelə keçir
  • 30-06-2026, 11:25
    Azərbaycan 151 illik Metrik Konvensiyaya qoşulur
  • 30-06-2026, 11:20
    Bu müəllimlər bir daha sertifikasiya imtahanına girməyəcək
  • 30-06-2026, 11:19
    Deputatlar 14 məsələni müzakirə etməyə başladı
Daha çox
1-07-2026, 16:38
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Tərtər rayonunda keçirildi. 01.07.2026
1-07-2026, 21:07
Qazi Ceyhun Ağayev saxlanılıb – səbəbi hələlik açıqlanmayıb
2-07-2026, 16:27
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Bərdə rayonunda keçirildi. 02.07.2026
Dün, 19:54
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu İmişli rayonunda keçirildi. 03.07.2026
2-07-2026, 02:05
Qobuda qanunsuz tikinti iddiası: İcra başçısı Abdin Fərzəliyevdən açıqlama gözlənilir
29-06-2026, 17:02
Leysan yağış, dolu yağacaq - XƏBƏRDARLIQ
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə