[left][/left]Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Aprel Zəfəri küçəsinin su təchizatını təmin edən diametri 200 mm olan su xəttində baş vermiş qəza aradan qaldırılıb.
Qəza nəticəsində su xəttinin üzərində yerləşən siyirtmədə texniki nasazlıq yaranıb. Nasazlığın aradan qaldırılması məqsədilə Binəqədi Rayon Sukanal İdarəsinin qəza-bərpa briqadası əraziyə cəlb olunub.
Aparılan təmir-bərpa işləri nəticəsində qəzalı sahə və siyirtmə yenilənib, xətt üzrə suyun verilişi bərpa olunub.
Qısa müddət ərzində suyun Aprel Zəfəri küçəsində yerləşən bütün ünvanlara normal və dayanıqlı rejimdə çatdırılması təmin ediləcək.