• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Üçüncü Dünya Müharibəsi başladı - Qəzan mübarək, dünya!

Dünya

5-03-2026, 11:43

Üçüncü Dünya Müharibəsi başladı - Qəzan mübarək, dünya!
Tarix nə qədər dərs versə də, çox vaxt insanlar hadisələrin miqyasını tam anlamır. İnsanlar hadisələrin içində yaşayarkən bunun hansı nəticələrə gətirib çıxaracağını dərk etmir. Çox illər sonra tarix həmin hadisələrin qiymətini verir.

İndi dünyada baş verən hadisələr də belədir. Yəqin hər kəsi bir sual maraqlandırır, biz hansı dövrdə yaşayırıq?

Dünya həqiqətənmi sülh dövründədir? Belə sülh olurmu? Yoxsa bəşəriyyət yeni bir qlobal qarşıdurmanın içindədir? Belə qarşıdurma olurmu? Hər yer, hər şey qeyri-müəyyənliklər içindədir.

Dünya müharibəsi anlayışı tarixdə acı, ağrı, itki, xarabalıqlar mənasın daşıyır. Klassik mənada dünya müharibəsi müxtəlif qitələrində yerləşən çoxsaylı dövlətlərin iştirak etdiyi qlobal hərbi qarşıdurma deməkdir. Bu müharibələr cəbhələrdə aparılsa da, iqtisadiyyatları, siyasi sistemləri və insanların həyat tərzini kökündən dəyişir.

Dünya müharibələri dünya düzənini dəyişir. Onlar imperiyaları dağıdır. Yeni dövlətlər yaradır. Qlobal güc balansını dəyişir. Dünya müharibələri milyonlarla insanı öldürü.

Tarixdə rəsmi olaraq iki böyük dünya müharibəsi baş verib. 1914-cü ildə baş berən Birinci Dünya Müharibəsi, 1939-cu ildə baş verən İkinci Dünya Müharibəsi...

Bu müharibələrin hər ikisi insanlıq tarixində ən qanlı hadisələr kimi yadda qalıb.

Amma maraqlı məqam ondan ibarətdir ki, bu müharibələr başlananda heç kim onların “dünya müharibəsi” olduğunu bilmirdi.

Birinci Dünya Müharibəsinin necə başlamışdı...


1914-cü ilin yayında Avropada ciddi gərginlik yaşanırdı. Dövlətlər arasında rəqabət artırdı. İmperiyalar güclənmək istəyirdi. Silahlanma yarışı sürətlənirdi.

Avropa iki böyük hərbi blok arasında bölünmüşdü. Bir tərəfdə Almaniya və Avstriya-Macarıstan, digər tərəfdə isə Fransa, Böyük Britaniya və Rusiya imperiyası vardı.

Müharibənin qığılcımı isə Bosniyanın Sarayevo şəhərində baş verdi. 1914-cü il 28 iyunda Avstriya-Macarıstan taxtının varisi Frans Ferdinand serb millətçisi tərəfindən öldürüldü.

Bu hadisə tarixə Sarayevo sui-qəsdi kimi düşdü. Avstriya-Macarıstan Serbiyaya ultimatum verdi. Bir neçə həftə sonra isə müharibə elan edildi.

Əvvəlcə bu münaqişə regional görünürdü. Yuxarıda qeyd etdiyimiz kimi, kimsə dünya savaşının başladığını ağlından belə keçirmirdi. Lakin hərbi ittifaqlar sistemi müharibəni genişləndirdi. Almaniya Avstriya-Macarıstanın tərəfində yer aldı. Rusiya Serbiyanı müdafiə etmək üçün səfərbərlik elan etdi. Fransa Rusiyanın tərəfini tutdu. Böyük Britaniya isə Almaniyaya qarşı müharibəyə qoşuldu.

Beləliklə, bir neçə həftə ərzində Avropanın böyük hissəsi müharibəyə cəlb olundu.

Sonradan Osmanlı imperiyası və Bolqarıstan da müharibəyə qoşuldu. Müharibə Yaxın Şərqə, Afrikaya və Asiyaya yayıldı.

Birinci Dünya Müharibəsində 30-dan çox ölkə qoşuldu və təxminən 70 milyon insan səfərbər edildi.

Bu müharibə insanlıq tarixində yeni texnologiyaların geniş istifadə olunduğu ilk böyük müharibə idi. Tanklar ilk dəfə döyüş meydanına çıxarıldı. Zəhərli qazlardan istifadə edildi. Aviasiya döyüş əməliyyatlarında iştirak etməyə başladı.

Cəbhələrdə milyonlarla insan həyatını itirdi. Birinci Dünya Müharibəsi nəticəsində təxminən 17 milyon insan öldü. Avropa iqtisadiyyatı ağır zərbə aldı. Şəhərlər dağıldı, dövlətlər iflic oldu.

Dörd böyük imperiya tarix səhnəsindən silindi. Alman imperiyası dağıldı, Avstriya-Macarıstan imperiyası parçalandı. Osmanlı imperiyası süqut etdi, Rusiya imperiyası isə inqilabla devrildi.

Və 1918-ci ildə müharibə bitəndə dünya anladı ki, baş verənlər Birinci Dünya Müharibəsi imiş...

İkinci Dünya Müharibəsi


Birinci Dünya Müharibəsi bitəndə bir çox insanlar düşünürdü ki, belə faciə bir daha təkrarlanmayacaq. Lakin unutqan insan üçün tarix başqa cür qərar verdi.

1930-cu illərdə Avropada yeni siyasi qüvvələr meydana çıxdı. Almaniyada nasizm hakimiyyətə gəldi. Adolf Hitler Versal müqaviləsinin şərtlərini heç cür qəbul etmirdi, o, Almaniyanı yenidən gücləndirmək istəyirdi.

Bu istəklə 1939-cu il 1 sentyabrda Almaniya Polşaya hücum etdi. Həmin tarix İkinci Dünya Müharibəsinin başlanğıcı oldu. Amma yenə də o vaxt bunun İkinci Dünya Müharibəsinin başlanğıcı olduğunu kimsə bilmirdi.

Bir neçə gün sonra Böyük Britaniya və Fransa Almaniyaya müharibə elan etdilər. Müharibə sürətlə genişləndi. Almaniya Avropanın böyük hissəsini işğal etdi.

1941-ci ildə Almaniya Sovet İttifaqına hücum etdi. Yaponiya və Amerika da müharibəyə qoşuldu.

Ümumən, İkinci Dünya Müharibəsi 60-dan çox ölkəni əhatə etdi. Müharibə Avropa, Afrika, Asiya və okeanlara da sıçradı. Bu müharibə həmin dövrə qədər insanlıq tarixinin ən qanlı müharibəsi oldu.

Təxminən 70–80 milyon insan həyatını itirdi. Bu müharibə həm də texnologiyanın müharibə meydanında yeni mərhələyə keçdiyini göstərdi. Reaktiv təyyarələr meydana girdi, radar texnologiyası tətbiq edildi.

1945-ci ildə isə atom bombası ilk dəfə döyüşdə istifadə olundu. ABŞ Yaponiyanın Hirosima və Naqasaki şəhərlərinə atom bombası atdı. Bu hadisə müharibənin sonunu gətirdi.

Birinci Dünya Müharibəsi dörd böyük imperiyanın tarix səhnəsindən silinməsi ilə yadda qaldısa, İkinci Dünya Müharibəsindən sonra dünya siyasi sistemi köklü şəkildə dəyişdi. ABŞ və Sovet İttifaqı supergüc kimi ortaya çıxdı.

Birləşmiş Millətlər Təşkilatı yaradıldı. Dünya iki böyük blok arasında bölündü. Sonra Sovet İttifaqı parçalandı. Lokal müharibələrlə müşahidə olunan proses hələ bitməyib.

Müasir dünyanın mənzərəsi


İndi dünya yenidən qeyri-sabit dövr yaşayır. Yaxın Şərq illərdir müharibələr içindədir. İraq müharibəsi regionun rəngini dəyişdirdi, özü isə faktiki yox oldu. Suriya olaylarında yüz minlərlə insan həyatını itiridi. İsrail və Fələstin arasında qarşıdurma pik həddə gəlib.

2020-ci ildə dünya yeni bir böhranla üzləşdi. Koronavirus pandemiyası bütün planetə yayıldı və qlobal iqtisadiyyata ciddi zərbə vurdu. Bir çox analitiklər pandemiyanı qlobal sistemin zəifliyinin göstəricisi hesab edir. Əslində, bu, Üçüncü Dünya Müharibəsinin qəlpələri idi və demək olar ki, bütün dünya ölkələrinə, bütün insanlara dəydi.

24 fevral 2022-ci ildə Rusiyanın Ukraynaya hücumu ilə Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə başladı. Bu müharibə Avropanın təhlükəsizlik sistemini sarsıtdı. ABŞ və NATO ölkələri Ukraynanı açıq dəstəkləyir. Rusiya isə Qərblə açıq geopolitik qarşıdurma yaşayır. Ona görə də bu müharibəni regional münaqişə kimi qəbul etmək sadəlövhlük olardı. Bu, böyük güclərin mübarizəsinin yeni mərhələsidir.

İndi Yaxın Şərqdə də gərginlik ən yüksək yerə çatıb. Hətta Rusiya-Ukrayna müharibəsini unutdurub da deyə bilərik. İran və İsrail arasında qarşıdurma daha açıq formaya keçib. Amerika, İsrail-İran müharibəsi başlayıb. İran havadan vurularaq darmadağın edilir. Liderləri məhv edilir.
İran isə İsraili və 11-dən çox ölkəni raket etəşinə tutur. Regionda müxtəlif qüvvələr bu qarşıdurmaya cəlb olunur. Bu, məsələnin görünən tərəfidir, pərdənin arxasında bütün ölkələr var. Dünyanın heç bir ölkəsi bu müharibəyə qoşulmaqdan sığortalı deyil. Bu, an məsələsdir. Dünyanın başı üzərində qorxunc kabus dolaşır.

Bugünkü müharibələr əvvəlkilərdən fərqlidir. İndi hər şey göydən edilir. Dron texnologiyası döyüşlərin əsas elementinə çevrilib. Dövlətlərin infrastrukturunu bombalardan daha çox kiberhücumlar hədəfə alır. Hərbi strategiyalarda süni intellekt istifadə olunur. Peyk texnologiyaları müharibənin taleyini həll edir. İnformasiya müharibəsi də mühüm rol oynayır. Media və sosial şəbəkələr artıq geopolitikanın bir hissəsinə çevrilib.

Üçüncü Dünya Müharibəsi başlayıbmı?


Bu sual son illərdə daha çox səslənir. Bəzi ekspertlər hesab edir ki, dünya çoxdan qlobal qarşıdurma mərhələsinə daxil olub. Digərləri isə baş verənlərin hələ də regional münaqişələr olduğunu düşünür.

Lakin bir həqiqət var. Dünya getdikcə daha gərgin və təhlükəli olur. Hər gün qanlar axıdılır. İnsan ölümü adi həyat tərzi kimidir. Silahlanma yarışı yenidən sürətlənir. Geosiyasi bloklaşmalar artır, iqtisadi müharibələr güclənir.

Birinci və ikinci dünya müharibələrindən də göründüyü kimi, tarix göstərir ki, dünya müharibələri birdən-birə başlamır, onlar tədricən formalaşır.

1914-cü ildə də insanlar müharibənin miqyasını dərhal anlamamışdı, 1939-cu ildə də eyni vəziyyət yaşanmışdı.

İstəməsək belə, görünən odur ki, tarix yenidən təkrarlanır. Tarix unutqan insanlığa yenə bir dərs verir.

Dünya müharibələri böyük dağıntı gətirir, milyonlarla insanın həyatına son qoyur. İqtisadiyyatları dağıdır, cəmiyyətləri parçalayır. İçində olduğumuz dünya yenidən mürəkkəb mərhələlərə gəlib çıxıb. Münaqişələr artır, gərginliklər dərinləşir. Bəzən elə ölkələr müharibəyə cəlb olunur ki, onların əvvəlcə ümumiyyətlə belə niyyəti olmur.

Tarix bunu dəfələrlə göstərib. Odur ki, indi də heç bir ölkə bu prosesdən sığortalanmayıb.

Biz belə olmasını istəmirik, amma bir acı həqiqət var. Bəlkə də bir gün tarix kitabları bugünkü dövrü belə yazacaq.

Üçüncü Dünya Müharibəsi başladı. Və o zaman insanlıq yalnız bir cümlə deyə biləcək.

Qəzan mübarək, dünya.

Oxunub: 58
Paylaş:
Digər xəbərlər

Dünya

23-02-2026, 09:14

Putin artıq Üçüncü Dünya Müharibəsinə başlayıb - Zelenski

İdman

6-09-2025, 11:35

Boksçumuz dünya çempionatına qələbə ilə başladı

İdman

13-12-2024, 09:30

Şahmatda yeni - ən gənc dünya çempionu: 18 yaşı var

İqtisadiyyat

6-09-2024, 09:14

Dünya Bankı Azərbaycanla bağlı proqnozunu YENİLƏDİ

Şou-biznes

7-05-2020, 20:18

Dünya ulduzu o qədər arıqladı ki, görənlər məəttəl qaldı

Şou Biznes
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Loqo ✕ RamazanGÜNDƏMSİYASƏTSOSİALMEDİAHADİSƏİQTİSADİYYATMƏDƏNİYYƏTİDMANCOP29DÜNYAMARAQLITƏHLİLDİGƏRHAQQIMIZDAƏLAQƏPEŞƏ ETİKASI “Bu siyahıda yaddan çıxan müğənnilər var”
Ülviyyə Namazovadan efir qadağası qoyulmasına REAKSİYA
"Mən efirlərə QADAĞA QOYMUŞAM"
Mədəniyyət
31-03-2026, 17:04
Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA
30-03-2026, 22:20
Elnur Ağdamlının 30 illik sənət yolu Sumqayıtda yüksək səviyyədə qeyd edildi
30-03-2026, 08:38
Laçında ilin ən böyük turizm layihələrindən biri reallaşır
2-02-2026, 12:00
Kurtlar vadisi və Cefri Epşteyn
19-12-2025, 20:45
Samvel Babayan "AnewZ”un filmində
18-12-2025, 19:26
Mədəniyyət Nazirliyi kimlərdən kitab alıb? - TAM SİYAHI
Hadisə
17-06-2026, 09:07
Tovuzda faciəvi şəkildə ölən 2 nəfərin meyiti tapıldı - Yenilənib
12-06-2026, 09:52
26 yaşlı gənc kafedə qətlə yetirildi: saxlanılanlar var
7-06-2026, 11:00
Zığdakı kütləvi dava ilə bağlı - 7 nəfər saxlanıldı
Son xəbərlər
  • Dün, 09:34
    Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Suraxanı rayonunda keçirildi. 19.06.2026
  • Dün, 01:16
    Temporal üz gərmə əməliyyatı ətrafında yaranan mübahisələr: Tibbi faktlar nə deyir?
  • 19-06-2026, 14:48
    Aşura günü qanvermə aksiyası keçiriləcək - ÜNVANLAR
  • 19-06-2026, 14:19
    Prezident diplomatik xidmətlə bağlı yeni dəyişiklikləri təsdiqlədi
  • 19-06-2026, 11:51
    Naxçıvanda Prezident nümayəndəliyinin statusu artırılır
  • 19-06-2026, 11:14
    Deputatlar bu gün 14 məsələ müzakirə edəcək
  • 18-06-2026, 17:35
    Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Kürdəmir rayonunda keçirildi. 18.06.2026
  • 18-06-2026, 16:47
    Pensiyaçılara şad xəbər: sabah ödəniləcək
  • 18-06-2026, 13:29
    İlham Əliyev qəbul keçirdi - FOTOLAR
  • 18-06-2026, 08:59
    II və III qrupların imtahan NƏTİCƏLƏRİ
  • 17-06-2026, 11:21
    Sertifikasiya imtahanları BAŞLADI
  • 17-06-2026, 09:35
    Qarabağa qayıdış sürətlənir: Şükürbəyliyə 45 ailə köçdü
  • 17-06-2026, 09:15
    Əli Əsədova “Bright Uzbekistan” layihəsi təqdim olundu
  • 17-06-2026, 09:07
    Tovuzda faciəvi şəkildə ölən 2 nəfərin meyiti tapıldı - Yenilənib
  • 17-06-2026, 09:03
    Tarixi görüşün yeri açıqlandı
  • 16-06-2026, 14:29
    Strateji müttəfiqliyin hüquqi təməli
  • 16-06-2026, 11:37
    Moskvanın ən böyük neft zavodu vuruldu
  • 16-06-2026, 10:07
    Media subyektlərinə nəzarət bu quruma həvalə edilir
  • 16-06-2026, 10:06
    Media və Yayım Şurası yaradılır
  • 16-06-2026, 09:31
    Bakının 9 əsas yolunda tıxac var
  • 15-06-2026, 09:00
    Bu gün - 15 iyun Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur.
  • 15-06-2026, 08:56
    Azərbaycan Respublikasının müasir tarixində 15 İyun Milli Qurtuluş Günü xüsusi və əvəzsiz bir yer tutur.
  • 14-06-2026, 15:07
    Jurnalist fəaliyyəti adı altında reketlik iddiaları ictimai müzakirə doğurdu
  • 14-06-2026, 10:29
    Şəhid Fəzail Qədimov adına 222 saylı məktəbdə “Son Zəng” tədbiri keçirildi
  • 14-06-2026, 01:00
    Abşeron rayonunda yerləşən özəl reabilitasiya mərkəzində ölüm hadisəsi baş verib.
  • 13-06-2026, 23:08
    Ailə Elgin Aslanovun ölüm səbəbinin tam araşdırılmasını tələb edir
  • 12-06-2026, 17:35
    TƏBİB-in 31 əməkdaşı məsuliyyətə cəlb edildi
  • 12-06-2026, 17:01
    Zəlzələ təkrarlanacaq? - Seysmoloji Mərkəzin rəhbəri DANIŞDI
  • 12-06-2026, 16:48
    Göyçə gölü ilə bağlı ŞAD XƏBƏR
  • 12-06-2026, 16:46
    Xankəndi, Xocalı və Xocavənddə aqroservis mərkəzləri yaradılacaq
  • 12-06-2026, 15:38
    15 İyun - Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirilmişdir. 12.06.2026
  • 12-06-2026, 10:22
    Milli Qurtuluş Günü münasibətilə Zəngilan rayonu və Laçın şəhərində tədbir keçirilib
  • 12-06-2026, 10:03
    Anar Bayramova müavin təyin edildi
  • 12-06-2026, 09:52
    26 yaşlı gənc kafedə qətlə yetirildi: saxlanılanlar var
  • 12-06-2026, 09:37
    Azərbaycan XİN Rusiyanı təbrik etdi
Daha çox
14-06-2026, 15:07
Jurnalist fəaliyyəti adı altında reketlik iddiaları ictimai müzakirə doğurdu
Dün, 01:16
Temporal üz gərmə əməliyyatı ətrafında yaranan mübahisələr: Tibbi faktlar nə deyir?
18-06-2026, 17:35
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Kürdəmir rayonunda keçirildi. 18.06.2026
15-06-2026, 08:56
Azərbaycan Respublikasının müasir tarixində 15 İyun Milli Qurtuluş Günü xüsusi və əvəzsiz bir yer tutur.
15-06-2026, 09:00
Bu gün - 15 iyun Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur.
Dün, 09:34
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Suraxanı rayonunda keçirildi. 19.06.2026
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə