Türkiyənin Şanlıurfa vilayətində yenidən zəlzələ olub.
Xəbər verilir ki, bu barədə AFAD-ın rəsmi internet səhifəsində məlumat yayılıb.
Ətraflı
Bildirilib ki, vilayətin Ceylanpınar rayonunda baş verən yeraltı təkan Rixter şkalası üzrə 3.3 ballıq maqnituda ilə qiymətləndirilib.
Ocağı yerin 8.3 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.