Ağstafada Xocalı soyqırımının günahsız qurbanlarının əziz xatirəsi ehtiramla yad edilib
Xocalı faciəsinin 33-cü ildönümü ilə əlaqədar Ağstafa şəhərində Şəhidlər memorial abidə kompleksi ziyarət olunub.
Xocalı faciəsinin 33-cü ildönümü ilə əlaqədar Ağstafa şəhərinin mərkəzində Şəhidlər memorial abidə kompleksi ziyarət olunub. Anım tədbirində Ağstafa RİH başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə veteranları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Memorail kompleksin əbədi məşəli önünə əklil qoyulub, müqəddəs üçrəngli bayrağımızın üzərindəki ayparanı simvolizə edən abidənin üstünə qızıl gül və tər qərənfillər düzülüb.