• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Prezidentin Belqrad səfəri: Serbiya strateji tərəfdaşımıza çevrilir

Gündəm

17-02-2026, 10:30

Prezidentin Belqrad səfəri: Serbiya strateji tərəfdaşımıza çevrilir
Ötən gün prezident İlham Əliyev Serbiyaya səfər edib. Burada ölkə başçısı İlham Əliyev serbiyalı həmkarı Aleksandr Vuçiç tərəfindən hörmətlə və səmimi şəkildə qarşılanıb. Liderlər təkbətək görüşüblər və ardından mətbuata birgə çıxışlar ediblər. Bununla yanaşı Azərbaycan Prezidenti İlham Əliyevin və Serbiya Prezidenti Aleksandar Vuçiçin iştirakı ilə Azərbaycan Respublikası və Serbiya Respublikası arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilib.

İki ölkə arasında iqtisadi əlaqələrin daha da inkişafı, siyasi münasibətlərin daha da yaxşılaşdırılmasının prespektivləri müzakirə edilib.

Azərbaycan 2023-cü ildən etibarən Serbiyaya təbii qaz nəql edir. Eyni zamanda neft və neft-kimya məhsulları, plastik və kimya sənayesi məhsulları və məhdud həcmdə kənd təsərrüfatı məhsulları Serbiyaya ixrac edilir. Serbiya isə Azərbaycana əsasən aqrar və sənaye məhsulları ixrac edir. İki ölkə arasında hərbi, müdafiə sahəsində də əməkdaşlıq mövcuddur. Ötən həftə Azərbaycan və Serbiya Müdafiə nazirlikləri nümayəndələrinin iştirakı ilə “İkitərəfli hərbi əməkdaşlıq danışıqları”keçirilib. Sonda “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Serbiya Respublikasının Müdafiə Nazirliyi arasında 2026-cı il üçün ikitərəfli hərbi əməkdaşlıq Planı” imzalanıb.

Azərbaycan-Serbiya münasibətləri siyasi müstəvidə

Açıqlamasında Milli Məclisin Azərbaycan-Serbiya Parlamentlərarası Ələqələr Komitəsinin üzvü Elçin Mirzəbəyli bildirib ki, Prezident İlham Əliyevin fevralın 15-də Serbiya Respublikasınə həyata keçirdiyi rəsmi səfər Azərbaycan diplomatiyasının Balkan istiqamətində ardıcıl və məqsədyönlü xəttinin davamı kimi qiymətləndirilməlidir:

“Bu səfər formal protokol çərçivəsini aşaraq, iki ölkə arasında münasibətlərin geosiyasi, geoiqtisadi və strateji mahiyyətini daha aydın şəkildə ortaya qoydu. Bugünkü beynəlxalq mühitdə orta güc dövlətləri üçün etibarlı tərəfdaşlıq şəbəkəsi formalaşdırmaq həyati əhəmiyyət daşıyır. Bakı ilə Belqrad arasında son illərdə formalaşan intensiv siyasi dialoq da məhz bu zərurətdən qaynaqlanır. Serbiya-Azərbaycan Strateji Şurasının ilk iclasının keçirilməsi də münasibətlərin artıq sistemli və planlı mərhələyə daxil olduğunu göstərir. Bu mexanizm təsadüfi təşəbbüslərdən fərqli olaraq, konkret hədəflərə əsaslanan əməkdaşlıq modelini təmin edir.

Səfər çərçivəsində imzalanmış sənədlər siyasi, iqtisadi və enerji sahələrində əlaqələrin genişləndirilməsi üçün hüquqi baza yaradır. Xüsusilə beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək məsələsi diqqətəlayiqdir. Hər iki ölkə prinsipial olaraq bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir. Bu isə geosiyasi risklərin artdığı dövrdə siyasi etimadın mühüm göstəricisidir.

Prezident İlham Əliyevin “Azərbaycan Serbiyaya böyük həcmdə sərmayə qoymağa hazırdır”, bəyanatı münasibətlərin iqtisadi mahiyyətini açıq şəkildə ortaya qoyur. İnvestisiya qərarı hər zaman etimad göstəricisidir. Serbiyada formalaşmış müsbət investisiya mühiti, aparılan struktur islahatları və makroiqtisadi sabitlik Azərbaycan kapitalı üçün əlverişli zəmin yaradır.

Bu əməkdaşlıq Balkan regionunda iqtisadi qarşılıqlı asılılıq deyil, qarşılıqlı tamamlanma modeli formalaşdırır. Azərbaycan enerji və maliyyə resursları ilə, Serbiya isə coğrafi mövqeyi və sənaye infrastrukturu ilə bir-birini tamamlayır".



Deputat qeyd edib ki, səfər zamanı qarşılıqlı görüşlərin davam etdirilməsi barədə razılıq münasibətlərin epizodik xarakter daşımadığını göstərir:

"Liderlər arasında formalaşmış şəxsi etimad siyasi proseslərin sürətlənməsində mühüm rol oynayır.

Prezident İlham Əliyevin səfəri həm də rəmzi məna daşıyır: Azərbaycan Balkan regionunda sabit, etibarlı və uzunmüddətli tərəfdaş kimi çıxış edir. Serbiya isə Cənubi Qafqazın lider dövləti ilə əməkdaşlıq vasitəsilə öz enerji və iqtisadi təhlükəsizliyini gücləndirir.

Prezident İlham Əliyevin Serbiyaya səfəri iki ölkə arasında münasibətləri yeni strateji koordinatlara daşıdı. Bu səfər dövlət maraqları və suverenlik üzərində qurulan ortaq siyasi xətti möhkəmləndirdi, energetika sahəsində uzunmüddətli əməkdaşlıq modelinin əsasını qoydu, Azərbaycan sərmayəsinin Balkan regionuna çıxışını genişləndirdi.

Beləliklə, Bakı-Belqrad münasibətləri artıq regional miqyasda təsir imkanları yaradan strateji tərəfdaşlıq formatına çevrilir".

Serbiya səfərinin iqtisadi müstəvidə

Milli Məclisin Azərbaycan-Serbiya Parlamentlərarası İşçi Qrupunun digər bir üzvü, iqtisadçı deputat Müşfiq Cəfərov Azərbaycan-Serbiya münasibətləri əlaqələr dövrünün ən yüksək səviyyəsinə yüksəlib:

"Azərbaycan-Serbiya münasibətləri daima tərəfdaşlıq, dostluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanır. Hazırda iki ölkə arasında əlaqələr dövrünün ən yüksək səviyyəsinə yüksəlib. Bugünki uğurlu əməkdaşlıqda liderlərin siyasi iradəsi, qarşılıqlı etimadı və müntəzəm təmasları mühüm rol oynayır.
Prezident İlham Əliyevin Serbiyaya rəsmi səfəri də iki dövlət arasıdakı əməkdaşlıq və tərəfdaşlığın davamlı və yüksələn xətt üzrə inkişaf etdiyini bir daha təsdiqidir.

Strateji Tərəfdaşlıq Şurasının ilk iclasının baş tutması ikitərəfli əlaqələrin daha da gücləndirilməsi, prioritet istiqamətlərin müəyyənləşdirilməsi və konkret layihələr üzrə əməkdaşlığın dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyırdı. Tədbirdə Prezident Aleksandar Vuçiçin dövlətimiz və cənab prezident İlham Əliyevin haqqında dedikləri, həm dövlətimiz həm də dövlət başçımızın artan beynəlxalq nüfuzunun və qlobal liderliyinin təsdiqi idi".



Parlamentari vurğulayıb ki, Azərbaycan ilə Serbiya arasında əməkdaşlıq üçün geniş perspektivlər mövcuddur:

"Bir çox yeni istiqamətlər üzrə əməkdaşlıqların genişlənməsi Azərbaycanın Avropa məkanında mövqelərini daha da möhkəmləndirə, ixrac imkanlarını artıra və iqtisadi şaxələndirməyə əlavə töhfə verə bilər. Həmçinin Serbiya ilə münasibətlərin çoxtərəfli inkişafı Balkan regionu ilə əlaqələrin genişlənməsi baxımından da strateji əhəmiyyət daşıyacaq. Azərbaycan-Serbiya münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməkdədir və bu proses hər iki xalqın maraqlarına xidmət edir
Prezident İlham Əliyevin Serbiyaya səfəri həm də onunla yadda qaldı ki, siyasi əlaqələr fonunda iqtisadi əməkdaşlığın dərinləşdirilməsi və milli maraqlarımızın təmin olunması təmin olundu. Bu, Azərbaycanın xarici siyasətinin mühüm uğurudur".

Oxunub: 127
Paylaş:
Digər xəbərlər

Gündəm

25-03-2024, 18:15

Sahibə Qafarova serbiyalı həmkarı ilə danışıqlar apardı

Gündəm

12-09-2024, 15:50

Serbiya Prezidenti Muxtar Babayevi qəbul edib

Gündəm

13-12-2023, 11:35

“Azərbaycan bir sıra Avropa ölkələri ilə strateji tərəfdaşdır" - Deputat

Siyasət

18-05-2024, 19:35

Azərbaycan-Belarusiya münasibətlərində yeni dönəm: Birgə atılacaq addımların strateji hədəfi – Deputat açıqladı

Gündəm

10-12-2023, 17:09

İlham Əliyev Rumen Radev ilə təkbətək GÖRÜŞDÜ

Şou Biznes
Tiktoker Müjgan həbs edildi
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Loqo ✕ RamazanGÜNDƏMSİYASƏTSOSİALMEDİAHADİSƏİQTİSADİYYATMƏDƏNİYYƏTİDMANCOP29DÜNYAMARAQLITƏHLİLDİGƏRHAQQIMIZDAƏLAQƏPEŞƏ ETİKASI “Bu siyahıda yaddan çıxan müğənnilər var”
Mədəniyyət
24-07-2026, 13:58
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
31-03-2026, 17:04
Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA
30-03-2026, 22:20
Elnur Ağdamlının 30 illik sənət yolu Sumqayıtda yüksək səviyyədə qeyd edildi
30-03-2026, 08:38
Laçında ilin ən böyük turizm layihələrindən biri reallaşır
2-02-2026, 12:00
Kurtlar vadisi və Cefri Epşteyn
19-12-2025, 20:45
Samvel Babayan "AnewZ”un filmində
Hadisə
13-08-2026, 10:13
Kürdə batan 21 yaşlı gəncin meyiti tapıldı
7-08-2026, 10:48
Tərtərdəki hadisənin sirri açıldı: Ər-arvadı yandırıb 15 min manatı oğurladı
3-08-2026, 11:21
Ağdərədə mina partladı - İki nəfər yaralandı
Son xəbərlər
  • 14-08-2026, 22:45
    Orxan Cəbrayıl TƏBİB-dən yeni qanun gəlib deyərək işçisini işdən azad etdi
  • 14-08-2026, 20:40
    Rusiya ən böyük neft terminalını dayandırdı
  • 14-08-2026, 17:20
    “Bakı Abadlıq” kimin mülkünü kimə icarəyə verir? – Simurq Kitabxanasından icarə haqqı tələb olunur
  • 14-08-2026, 17:05
    Sumqayıta qatarla getmək istəyənlərə MÜJDƏ - hərəkət bərpa olunur
  • 14-08-2026, 15:37
    TRIPP Laçın dəhlizinin analoqudur? - RƏSMİ CAVAB
  • 14-08-2026, 15:29
    Metrodakı dəyişiklik kirayə qiymətlərini artıracaq? - AÇIQLAMA
  • 14-08-2026, 15:03
    “Qarabağ” - “Tvente” matçına hakim təyinatı oldu
  • 14-08-2026, 14:59
    Dövlət Sərhəd Xidmətində yeni təyinatlar
  • 14-08-2026, 14:49
    Ən çox ət, süd və yumurta istehsal edən RAYONLAR
  • 14-08-2026, 10:35
    “Global Media”nın əməkdaşı vəfat etdi
  • 14-08-2026, 10:27
    Azərbaycan Pakistanı təbrik etdi
  • 14-08-2026, 09:52
    IV qrupda ən çox dövlət sifarişli yer bu ixtisasa ayrıldı - TAM SİYAHI
  • 14-08-2026, 09:15
    Diqqət: kondisionerin bu ziyanlarını bilirsiniz? - Həkim tövsiyəsi
  • 14-08-2026, 09:11
    Konfrans Liqasında pley-offa çıxan klublar bəlli oldu
  • 14-08-2026, 09:08
    Ermənistan-Azərbaycan sülh sazişi gələn il İMZALANACAQ
  • 13-08-2026, 17:14
    Ermənistan Azərbaycana bu məhsulları ixrac edəcək
  • 13-08-2026, 10:45
    “Qarabağ” - “Dinamo” oyunu bu telakanalda yayımlanacaq
  • 13-08-2026, 10:29
    Coğrafiyanın taleyi burada dəyişir
  • 13-08-2026, 10:13
    Kürdə batan 21 yaşlı gəncin meyiti tapıldı
  • 13-08-2026, 09:55
    “Azeri Light” ucuzlaşdı
  • 12-08-2026, 10:27
    Prezidentdən Naxçıvanla bağlı 258 milyonluq - Sərəncam
  • 12-08-2026, 09:51
    Ali məktəblərə ixtisas seçimi başladı
  • 12-08-2026, 09:07
    Bu yollarla gedənlər diqqətli olsun - sıxlıq var
  • 12-08-2026, 09:06
    Bir neçə ölkədən bizə müəyyən mesajlar daxil olub - Müsahibənin TAM MƏTNİ
  • 11-08-2026, 15:57
    “Azərsun Holdinq” günəbaxan yağı istehsalını 4000 tona çatdıracaq
  • 11-08-2026, 14:44
    Cənb Prezident! Orxan Həkim bir ailəni aclıq aksiyası keçirməyə məcbur etdi
  • 11-08-2026, 09:45
    Beş rayonda işıq KƏSİLƏCƏK
  • 11-08-2026, 09:37
    “Azeri Light” bu gün neçəyə satılır?
  • 11-08-2026, 09:20
    İranın ali hərbi komandanlığında yeni təyinatlar - SİYAHI
  • 10-08-2026, 16:44
    Nərgiz Qurbanova səfir vəzifəsindən geri çağırıldı
  • 10-08-2026, 16:27
    Əhalinin gəlirləri artıb
  • 10-08-2026, 14:30
    Orxan həkim Nuranə Cabbarovanı və ailə üzvlərini aclq aksiyası keçirməsinə məcbur etdi
  • 10-08-2026, 14:21
    Orxan həkim Nuranə Cabbarovanı və ailə üzvlərini aclq aksiyası keçirməsinə məcbur etdi
  • 10-08-2026, 10:45
    Tatarıstanda matəm elan edildi: ölənlər var
  • 10-08-2026, 10:20
    Fatimə Leyla Əliyevanın şeirinə yazılmış mahnını ifa etdi
Daha çox
11-08-2026, 14:44
Cənb Prezident! Orxan Həkim bir ailəni aclıq aksiyası keçirməyə məcbur etdi
11-08-2026, 09:37
“Azeri Light” bu gün neçəyə satılır?
11-08-2026, 09:45
Beş rayonda işıq KƏSİLƏCƏK
12-08-2026, 10:27
Prezidentdən Naxçıvanla bağlı 258 milyonluq - Sərəncam
11-08-2026, 09:20
İranın ali hərbi komandanlığında yeni təyinatlar - SİYAHI
11-08-2026, 15:57
“Azərsun Holdinq” günəbaxan yağı istehsalını 4000 tona çatdıracaq
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə