Azərbaycanlı MMA döyüşçüsü Elçin Hüseynov Gürcüstanda keçirilən turnirin finalında erməni Saruk Aqopyanı məğlub edib.
Dovletxeberleri xəbər verir ki, Azərbaycan Pankration, Qrapplinq və MMA Federasiyası məlumat yayıb.
Bildirilib ki, Elçin Hüseynov Ermənistan idmançısını boğucu fəndlə təslim edərək rəqibi üzərində qələbə qazanıb.
90 kiloqram çəki dərəcəsində yarışan E.Hüseynov bu qələbədən sonra qızıl medal qazanıb.
Elçin Hüseynovun Vətən Müharibəsi iştirakçısı olduğu bildirilir.