Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinə iki yeni müavin təyin edilib.
Məlumata görə, bu vəzifələr Abbasov Hasil Vasif oğlu və Quluzadə Ramal Balay oğluna həvalə edilib.
Qeyd edək ki, Hasil Abbasov təyinatına qədər 2023-2024-cü illərdə Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyəti sədrinin müavini vəzifəsində, Ramal Quluzadə isə 2022-2024-cü illərdə Dövlət Məşğulluq Agentliyinin Quba-Xaçmaz Regional Məşğulluq filialının müdiri vəzifəsində çalışıb.
Xatırladaq ki, bundan əvvəl Agentliyin sədr müavinləri Cəmaləddin Quliyev və Rüfət Cavadovun vəzifələrindən azad olunduğu barədə xəbər yaymışdıq.