1958-ci il təvəllüdlü (qadın cinsli) şəxs 05.01.2025-ci il saat 21:30 radələrində Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.
Bu barədə sorğuya cavab olaraq TƏBİB-dən bildirilib.
Qapalı kəllə-beyin travması diaqnozu ilə Reanimasiya şöbəsinə yerləşdirilən şəxsin vəziyyəti ağır olub. Həkimlərin səylərinə baxmayaraq, 08.01.2025-ci il tarixində saat 08:00 radələrində onun ölüm faktı qeydə alınıb.
***
09:18
Sumqayıtda qonşular arasında mübahisə zamanı dəmir parçasıyla döyülən qadın ölüb.
Xəbər verilir ki, hadisə 5 yanvar tarixində şəhərin Xəzər bağlarında qeydə alınıb.
1983-cü il təvəllüdlü Mikayıl Nurəddin oğlu Şərifov münaqişə zəminində qonşusu,1958-ci il təvəllüdlü Mehparə İmanqulu qızı Ələkbərovaya dəmir parçası ilə xəsarət yetirib.
Qapalı kəllə-beyin travması diaqnozu ilə reanimasiya şöbəsində müalicə alan Mehparə Ələkbərova bu gün xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.