Lənkəranda məktəb direktor müavini şagirdi və xadiməni döydü – VİDEO
Lənkəran rayonunun M. Qarayev adına Zövlə kənd orta məktəbində insident yaşanıb.
Xebernur.com -un məlumatına görə, sosial şəbəkələrdə yayılan görüntülərdə məktəbin direktor müavininin həm şagirdi, həm də texniki işçini (xadiməni) döyməsi əks olunub.
Hadisə ictimaiyyətdə geniş rezonans doğurub. Təhsil Nazirliyi və aidiyyəti qurumların məsələyə münasibəti hələlik açıqlanmayıb.
Hadisə ilə bağlı görüntüləri təqdim edirik: