Bakıda şagird məktəbdə özünə xəsarət yetirib.
Xəbər verilir ki, hadisə aprelin 23-ü 145 nömrəli tam orta məktəbdə baş verib.
VII sinif şagirdi olan qız təhsil müəssisəsinin sanitar qovşağında özünə kəsici alətlə xəsarətlər yetirib. Sinif yoldaşları bununla bağlı müəllimə və məktəb rəhbərliyinə məlumat verib.