İyunun 26-da paytaxtın Nərimanov rayonunda 2000-ci il təvəllüdlü Tural Kamil oğlu Kosayevin odlu silahla qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən 2003-cü il təvəllüdlü İsmayıl İbrahim oğlu Allahverdiyev polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.
Hadisə şəxsi münasibətlər zəminində baş verib.
Faktla bağlı araşdırma aparılır.
Ətraflı
***
Bakının Nərimanov rayonunda gənc oğlan başından güllələnib.
Xəbər verilir ki, hadisə "Metro Park" ticarət mərkəzinin qarşısında baş verib.
DİN-in Mətbuat Xudmətindən məlumatı təsdiq ediblər. Bildirilib ki, bir nəfəri odlu silahdan açılan atəşlə qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Əlavə məlumat veriləcək.