“Qarabağ”ın bu gün Xorvatiyanın “Osiyek” klubuna qarşı keçirdiyi yoldaşlıq görüşündə iki gənc futbolçu meydana çıxıb.
Xəbər verilir ki, 16 yaşlı Əli Bəşirov və 19 yaşlı Bəhruz Qurbanlı debüt ediblər.
Qurban Qurbanov hər iki oyunçunu ikinci hissədə meydana buraxıb.
Qeyd edək ki, “Qarabağ” bu görüşdə 3:1 hesablı qələbə qazanıb.