“Mükəmməl işinə və səmimi dostluğuna görə təşəkkür edirəm. Hər kəs arxasında sənin qoyduğun qədər gözəl iz buraxa bilmir. Allah səni qorusun və xeyir-dua versin, dostum!”, - o yazıb.
Paylaşımda maraq doğuran əsas məqam isə fotonun fonunda “Qarabağ”ın loqosunun yer alması olub. Braziliyada çəkilən şəkildə Ağdam təmsilçisinin loqosunun görünməsi diqqətdən yayınmayıb.