“Xebernur.com ” və “Qafqazinfo”ya istinadən xəbər verilir ki, bununla bağlı müdafiə naziri, general-polkovnik Zakir Həsənov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, uzun müddət “Papanin hospitalı” kimi tanınan Silahlı Qüvvələrin Baş Klinik Hospitalına rəhbərlik etmiş tibb xidməti polkovniki Elçin Abdullayev tutduğu vəzifədən kənarlaşdırılıb.
Baş Klinik Hospitalın rəisi vəzifəsinə tibb xidməti polkovniki Vüqar Paşayev təyin olunub. Kadr dəyişikliyinin səbəbləri ilə bağlı rəsmi açıqlama verilməyib.