İrandan beş Tacikistan vətəndaşı "Astara" sərhəd-keçid məntəqəsindən Azərbaycana təxliyə edilib.
BiG.AZ "Report"a istinadən xəbər verir ki, Azərbaycan tərəfi həmin şəxslərə keçid üçün zəruri şərait yaradıb.
.
Onlar İrana müalicəyə getsələr də, mövcud vəziyyətlə əlaqədar olaraq geri qayıtmaq məcburiyyətində qalıblar.
Bundan başqa, Səudiyyə Ərəbistanının 18 nəfərlik diplomatik nümayəndə heyəti də "Astara" sərhəd-keçid məntəqəsindən təxliyə olunub.
İrandan, həmçinin üç Banqladeş, üç Qətər və bir Pakistan vətəndaşı Azərbaycana təxliyə edilib.
Qeyd edək ki, daha əvvəl 30 nəfər Azərbaycan vətəndaşı, 1 nəfər İtaliya vətəndaşı ölkəmizə təxliyə olunub.