İsrail və Livan tərəfləri Vaşinqtonda danışıqların dördüncü raundunu keçiriblər.
Xəbər verilir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Tommi Piqott bildirib.
“Dövlət Departamentində ABŞ-ın himayəsi altında aparılan birbaşa danışıqların dördüncü raundu çərçivəsində İsrail və Livan nümayəndə heyətlərinin dördüncü görüşü baş tutdu. Siyasi və təhlükəsizlik sahələrində irəliləyiş davam edir”, — deyə o, X sosial şəbəkəsindəki paylaşımında yazıb.
Piqott qeyd edib ki, ABŞ danışıqlara dəstək vermək öhdəliyinə sadiq qalır. Onun sözlərinə görə, növbəti raund çərşənbə günü, iyunun 3-nə planlaşdırılıb.