Rusiya Prezidenti Vladimir Putin Azərbaycana səfərindən sonra Ermənistan Baş naziri Nikol Paşinyanla danışıqlar aparacaq.
Məlumata görə, bu barədə Putin Azərbaycan Prezidenti İlham Əliyevlə məhdud tərkibdə görüş zamanı bildirib.
"Azərbaycana səfərdən sonra baş nazir Paşinyanla əlaqə saxlayacağam və ona danışıqlarımızın nəticələrindən bəhs edəcəyəm", - Putin qeyd edib.