Bu gün - sentyabrın 26-da Nyu-Yorkda ABŞ dövlət katibi Antoni Blinken, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında üçtərəfli görüş keçiriləcək.
Xəbər verilir ki, məlumatı tərəflər rəsmi şəkildə təsdiq ediblər.
Görüşdə Azərbaycanla Ermənistan arasında aparılan sülh danışıqları prioritet olacaq.
ABŞ Dövlət Departamentinin məlumatına görə, görüş bu gün Nyu-York vaxtı ilə səhər saat 10.15-də keçiriləcək.
Xatırladaq ki, Ceyhun Bayramov və Ararat Mirzoyan BMT Baş Assambleyasının 79-cu sessiyasında iştirak etmək üçün Nyu-Yorkdadırlar.