Sumqayıt sakini Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət etdi
Sumqayıt şəhəri 15-ci məhəllədə, 5 saylı yataqxanada yaşayan Kazımov Həsən Söhbətoğlu Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edib.
Vətəndaş müraciətində ailəsinin ağır sosial vəziyyətdə yaşadığını, yaşadıqları binanın qəzalı durumda olduğunu bildirib. Onun sözlərinə görə, binanın divarlarında böyük çatlar əmələ gəlib, tavandan su damır və divarların suvağı tökülür.
Kazımov Həsən qeyd edib ki, ailəsi ilə birlikdə çətin şəraitdə yaşayır:
“Pis vəziyyətdə, çox çətin şəraitdə yaşayırıq. Evdə çatlar var, suvaq tökülür. Binamızın bünövrəsi boşalıb, divarlarla arada yarım metrlik məsafə yaranıb. Xahiş edirəm, bizə kömək edəsiniz, cənab Prezident və Mehriban xanım Əliyeva.”
O, müraciətində həmçinin ailəsinin sosial vəziyyətinin ağır olduğunu, sağlamlıq imkanları məhdud övladına baxdığını və dövlət rəhbərliyindən dəstək gözlədiyini bildirib:
> “Evladım Kazımov Yusif Həsənoğlu sağlamlıq imkanları məhdud uşaqdır. Onun sağlamlığı üçün narahatam. Sizdən xahiş edirəm, kömək edin, Allah sizdən razı olsun.”
Hazırda müraciətin aidiyyəti qurumlara göndərilməsi və vəziyyətin araşdırılması gözlənilir.