Gəncədə bir ailənin beş üzvünün zəhərlənməsi ilə bağlı araşdırma aparılır.
Bu barədə sorğuya cavab olaraq Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Bildirilib ki, daxil olan məlumat əsasında Qida Təhlükəsizliyi Agentliyinin Gəncə-Daşkəsən regional bölməsi tərəfindən məsələ nəzarətə götürülüb.
"Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Agentliyin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Əlavə məlumat veriləcək", - açıqlamada deyilir.
***
09:08
Gəncədə bir ailənin beş üzvü xiyardan zəhərlənib.
“Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Şəhər sakini 1992-ci il təvəllüdü Elvin Ramazanov, həyat yoldaşı 1994-cü il təvəllüdlü Şəkər Ramazanova, övladları 10 yaşlı Rəbiyə Ramazanlı, 9 yaşlı Rüqayyə Ramazanlı və 3 yaşlı Zeynəb Ramazanlı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Onlara ilkin tibbi yardım göstərilib. Vəziyyətləri orta ağırdır.
İlkin məlumata görə, həmin şəxslər bazardan alınan xiyardan zəhərlənib.