• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Azərbaycanda ət kəskin bahalaşacaq - XƏBƏRDARLIQ

Cəmiyyət / Sosial

21-10-2025, 15:20

Azərbaycanda ət kəskin bahalaşacaq - XƏBƏRDARLIQ
Hazırda Azərbaycanın bir sıra bölgələrində iri və xırdabuynuzlu heyvanlar arasında dabaq kimi yoluxucu xəstəliklərin sürətlə yayılması müşahidə olunur. Fermer təsərrüfatlarında yaranan bu vəziyyət həm heyvandarlıq sahəsinə, eləcə də ümumilikdə ərzaq təhlükəsizliyinə ciddi təsir göstərməkdədir.

Xüsusilə payız mövsümündə xəstəliklərin geniş yayılması fonunda ət məhsullarının istehsalında azalma baş verə bilər ki, bu da yerli bazarda qıtlıq və qiymət artımı ehtimalını gündəmə gətirir.

Açıqlamasında yaxın aylarda ət məhsullarında bahalaşması riski barədə danışan iqtisadçı ekspert Akif Nəsirli qeyd edib ki, ölkədə 1 kiloqram mal ətinin orta satış qiyməti 20,98 manat civarındadır.

“Mütəxəssislər hesab edirlər ki, heyvanların sayında azalma, erkən kəsmələrin artması və xəstəliklərin geniş yayılması fonunda ət təchizatında ciddi risklər formalaşır. Xəstəliyin yayılması təchizat zəncirinə də birbaşa təsir edir. Yoluxma təhlükəsi səbəbilə heyvanların bir bölgədən digərinə daşınması məhdudlaşdırıla bilər, bəzi təsərrüfat məhsulları riskli sayılıb bazara çıxarılmaya bilər, habelə ixrac məhdudiyyətləri ilə yanaşı, idxal çətinlikləri də baş verə bilər. Bu hallar təklifi azaldaraq qiymət artımına zəmin yaradır”.

Ekspert həmçinin bildirib ki, xəstəlik fonunda qiymət artımına təsir edən əsas mexanizmlərdən biri də istehsal həcminin azalmasıdır:

“Yoluxma şübhəsi olan və ya artıq xəstələnmiş heyvanların satışdan çıxarılması bazarda ümumi təklifin azalmasına səbəb olur. Bununla yanaşı, sanitar tədbirlər, vaksinasiya, karantin rejimi və logistika xərclərinin artması da heyvandarlıqla məşğul olan sahibkarların ümumi xərclərini artırır. Bu amillər qiymətlərin yüksəlməsi ilə nəticələnə bilər. Digər tərəfdən, bəzi istehlakçılar xəstəlik riskini nəzərə alaraq ət məhsullarına olan tələbatlarını azalda bilər. Bununla belə, təklifin azalması fonunda digər ət növlərində də qiymət artımı baş verə bilər”.

A.Nəsirlinin sözlərinə görə, qiymət artımının nə qədər davam edəcəyi və hansı səviyyəyə çata biləcəyi bir sıra amillərlə şərtlənir:

“Bunlara xəstəliyin yayılma miqyası, dövlətin müdaxilə tədbirləri, idxal-ixrac imkanları və bazar iştirakçılarının reaksiyası daxildir. Mövcud şəraitdə 1 kiloqram mal ətinin təxminən 21 manat civarında olduğu nəzərə alınarsa, orta risk ehtimalına əsasən qiymətin 25-30 manat aralığında dəyişməsi mümkün sayılır. Bu isə təxminən 20-40 faiz artım deməkdir. Əgər xəstəlik daha geniş miqyas alarsa, həmçinin idxal və nəqliyyat xərcləri artarsa, qiymət 30-35 manat civarına qədər yüksələ bilər”.

O, eyni zamanda nəzərə çatdırıb ki, bu proqnozlar real vəziyyətin gedişatından asılı olaraq da dəyişə bilər:

“Xəstəliyin nəzarətdən çıxması ət təchizatını daha da zəiflədə, istehsalçıların gəlirlərinin azalması heyvan sayının sürətlə azalmasına gətirib çıxara bilər. Eyni zamanda, ixracın dayandırılması və ya idxalda çətinliklərin yaranması yerli bazarda yükü artıraraq qiymət artımını sürətləndirə bilər. Digər tərəfdən, dövlətin və aidiyyəti qurumların vaxtında müdaxiləsi, operativ vaksinasiya tədbirləri, sanitar nəzarətin gücləndirilməsi və heyvan hərəkətinin məhdudlaşdırılması xəstəliyin yayılmasını nəzarətə almağa və qiymət artımını yavaşlatmağa kömək edə bilər. İstehsalçıların bütün çətinliklərə baxmayaraq istehsalı qorumağa çalışması, eyni zamanda istehlakçı davranışının dəyişməsi də qiymət dinamikasına müəyyən təsir göstərə bilər”.

İqtisadçı bir daha xatırladıb ki, hazırkı vəziyyətdə ətin qiyməti təxminən 21 manat səviyyəsindədir:

“Bir daha qeyd edim ki, əgər xəstəliklə bağlı təchizatda çatışmazlıq baş verərsə, qiymət 25-30 manat aralığına yüksələ bilər. Daha ağır vəziyyətdə isə bu rəqəm 30-35 manatadək arta bilər. Lakin bu proqnozlar vəziyyətin gedişatına və aidiyyəti strukturların reaksiyasına görə dəyişə bilər. Prosesi nə qədər tez və effektiv şəkildə idarə etmək mümkün olarsa, qiymət artımı da bir o qədər sabit qala bilər”,- deyə A.Nəsirli bildirib.

Oxunub: 155
Paylaş:
Digər xəbərlər

İqtisadiyyat

23-05-2024, 09:10

Azərbaycanda unun qiyməti süni artırılıb? - AÇIQLAMA

Cəmiyyət

6-05-2024, 19:01

Azərbaycanda ətin qiyməti niyə bu qədər bahadır?- Açıqlama

Gündəm

3-01-2023, 20:05

Azərbaycanda ətin kilosu 20 manat oldu

Sosial

19-04-2022, 10:35

Azərbaycanda çörək bahalaşa bilər – Dünya bazarındakı qiymət dəyişikliyinin MÜMKÜN TƏSİRİ.

Dünya

2-05-2020, 00:51

Türkiyənin koronavirusa yoluxma və ölümdə azalma müşahidə olunur

Şou Biznes
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Loqo ✕ RamazanGÜNDƏMSİYASƏTSOSİALMEDİAHADİSƏİQTİSADİYYATMƏDƏNİYYƏTİDMANCOP29DÜNYAMARAQLITƏHLİLDİGƏRHAQQIMIZDAƏLAQƏPEŞƏ ETİKASI “Bu siyahıda yaddan çıxan müğənnilər var”
Ülviyyə Namazovadan efir qadağası qoyulmasına REAKSİYA
Mədəniyyət
24-07-2026, 13:58
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
31-03-2026, 17:04
Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA
30-03-2026, 22:20
Elnur Ağdamlının 30 illik sənət yolu Sumqayıtda yüksək səviyyədə qeyd edildi
30-03-2026, 08:38
Laçında ilin ən böyük turizm layihələrindən biri reallaşır
2-02-2026, 12:00
Kurtlar vadisi və Cefri Epşteyn
19-12-2025, 20:45
Samvel Babayan "AnewZ”un filmində
Hadisə
Dün, 12:55
Şəkidə qəzada ölən 24 yaşlı Mahirin - Fotosu
Dün, 12:52
Qəbələdə "Aquapark" yanır
Dün, 12:41
Elbrus dağında beş alpinist öldü
Son xəbərlər
  • Dün, 12:55
    Şəkidə qəzada ölən 24 yaşlı Mahirin - Fotosu
  • Dün, 12:52
    Qəbələdə "Aquapark" yanır
  • Dün, 12:50
    Ermənistan güləşçiləri Bakıya gəldi
  • Dün, 12:46
    Prezident həmkarını təbrik etdi
  • Dün, 12:44
    Almaniyada hər ay 15 min iş yeri bağlanır
  • Dün, 12:42
    Sabah Azərbaycanda 40 dərəcə isti olacaq
  • Dün, 12:41
    Elbrus dağında beş alpinist öldü
  • Dün, 12:39
    Hazırlıqlar başladı: 30 min hərbçi Rusiyaya gəlir
  • Dün, 12:37
    Aran rayonlarında 39 dərəcə isti - FAKTİKİ HAVA
  • 25-07-2026, 21:17
    Rusiyanın bu hava limanı BAĞLANDI
  • 25-07-2026, 21:15
    Ağdamdakı yanğın genişlənir - Əlavə qüvvələr cəlb edildi
  • 25-07-2026, 21:13
    İxtisas seçimi edənlərin nəzərinə: universitetin adına aldanmayın!
  • 25-07-2026, 21:10
    Milli Yaylaq Festivalında taxta konstruksiya aşdı - yaralılar var
  • 24-07-2026, 22:13
    Bakıda güclü yanğın - POLİS YOLU BAĞLADI - YENİLƏNİB
  • 24-07-2026, 16:22
    Dövlət Proqramı üzrə təqaüdçülərin siyahısı müəyyən olundu
  • 24-07-2026, 16:16
    İki prokuror vəzifədən azad edildi, 8-i cəzalandırıldı
  • 24-07-2026, 15:37
    Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Qaradağ rayonunda keçirildi. 24.07.2026
  • 24-07-2026, 14:29
    “Space TV”nin bank hesablarına həbs qoyuldu
  • 24-07-2026, 13:59
    Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
  • 24-07-2026, 13:58
    İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
  • 24-07-2026, 11:00
    Qarabağ və Şərqi Zəngəzurda şəffaf işləməyənləri ciddi cəza gözləyir
  • 24-07-2026, 10:59
    Nazirlik istilərlə bağlı əhaliyə müraciət etdi
  • 23-07-2026, 17:05
    Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Sabunçu rayonunda keçiri
  • 23-07-2026, 16:02
    İşçilərin ezamiyyə qaydalarında dəyişiklik edildi
  • 23-07-2026, 14:38
    Bakıda tələbə oğlanın meyiti tapıldı
  • 23-07-2026, 14:35
    Naxçıvan TV-nin sədr müavini işdən azad edildi
  • 23-07-2026, 11:22
    Elmar Vəliyevə məxsus bazar satışa çıxarıldı
  • 23-07-2026, 11:19
    Peşə təhsili almaq istəyənlərə şad XƏBƏR
  • 23-07-2026, 11:17
    Respublika üzrə pensiyalar tam ÖDƏNİLDİ
  • 23-07-2026, 11:16
    İlham Əliyev əs-Sisiyə məktub göndərdi
  • 23-07-2026, 10:52
    Salyanda çoban 85 baş qoyunla birlikdə itkin düşdü
  • 23-07-2026, 10:42
    Gənclərin ilk iş yeri: hansı ixtisaslara iş tapılır, hansılara yox?
  • 23-07-2026, 10:41
    Hamı ondan danışır: Arzumu həbsdən buraxan hakim kimdir? - DOSYE
  • 23-07-2026, 10:39
    “Sədərək” və “Binə” bağlanır?
  • 23-07-2026, 10:28
    DİN skuter və velosiped sürücülərinə müraciət etdi
Daha çox
21-07-2026, 14:27
Azərbaycanın Multikultural Modeli Niyə Hədəfə Alınır?
23-07-2026, 17:05
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Sabunçu rayonunda keçiri
23-07-2026, 11:17
Respublika üzrə pensiyalar tam ÖDƏNİLDİ
22-07-2026, 09:01
Azərbaycanın Xalq artisti vəfat etdi
22-07-2026, 08:59
Bakıda 4 istiqamətdə tıxac var - SİYAHI
22-07-2026, 11:17
Su obyektlərinin monitorinqini aparacaq QURUMLAR
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə