Rusiyanın Yaroslavl hava limanında təyyarələrin eniş və qalxışına müvəqqəti məhdudiyyət qoyulub.
Xəbər verilir ki, bu barədə Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi ("Rosaviasiya") məlumat yayıb.
Qurumun açıqlamasında bildirilib ki, tətbiq olunan məhdudiyyətlər uçuşların təhlükəsiz şəkildə həyata keçirilməsini təmin etmək məqsədi daşıyır.