“Nar” mobil operatorunun “Çoox Şanslı” stimullaşdırıcı lotereyasında bu axşam növbəti qaliblər müəyyən ediləcək. Lotereyada iştirak edən abunəçilərdən biri “Haval H6 Ultra” avtomobilinin, üç nəfər isə “Xiaomi Redmi Note 14 Pro” smartfonunun sahibi olacaq.
Qaliblər tam təsadüfi seçim yolu ilə müəyyən edilir və nəticələr canlı yayımda elan olunur. Kampaniya çərçivəsində ilin sonuna qədər “Nar” abunəçiləri hər gün smartfon, hər həftə avtomobil, finalda isə “Li L9 Ultra” avtomobili qazanmaq şansı əldə edirlər.
Lotereyada iştirak üçün balans artırmaq və ya şans qazandıran paketlərdən birini aktivləşdirmək kifayətdir. Abunəçilər topladıqları şansları “Nar+” tətbiqi və nar.az saytından izləyə bilərlər.
Hazırda 2,2 milyon abunəçiyə xidmət göstərən “Nar” son 6 ildə Müştəri Loyallığı İndeksi üzrə ölkədə lider mobil operator olaraq qalır.