Tovuz döyüşləri Azərbaycan Ordusunun qəhrəmanlıq tarixinin mühüm səhifələrindən biridir. 2020-ci ilin iyulunda Ermənistan silahlı birləşmələrinin dövlət sərhədində törətdiyi təxribatların qarşısı qətiyyətlə alındı. Həmin döyüşlər bir daha sübut etdi ki, Azərbaycan Ordusu istənilən hərbi çağırışa operativ, habelə adekvat cavab vermək iqtidarındadır.
Tovuz döyüşləri həm də Böyük Qələbəyə aparan yolun mühüm həlqəsi, qığılcımı oldu.
Vətən uğrunda canından keçən, bizə miras qalan qəhrəmanlarımızın əziz xatirəsini anmaq üçün "Şəhiddən qalan son foto" rubrikasına başlayır.
Rubrikamızın ilk təqdimatını da elə məhz Tovuz döyüşlərində şəhid olmuş əfsanəvi general Polad Həşimova həsr edirik.