• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

28 yaşlı azərbaycanlı alim “Tekstil sənayesinin Nobeli”ni qazandı - Fotolar

Cəmiyyət

Bugün, 09:08

28 yaşlı azərbaycanlı alim “Tekstil sənayesinin Nobeli”ni qazandı - Fotolar
Gənc Azərbaycanlıların dünya səhnələrində uğur hekayələri həmişə ölkəmizi sevindirib. Bu cür halların xüsusən elm və təhsil sahəsində, dünyada baş verən yeniliklər əsasında olması diqqət mərkəzində olub.

Öz bilik və bacarıqları, elmləri sayəsində son texnologiyalara öz töhfələrini verən həmvətənlərimizin sayı çox deyil. Onlardan biri də İngiltərədə yaşayan Yusif Eyyubovdur (Iusiph Eiubovi).

Böyük Britaniyada tanınan gənc alim

Elm və təhsilə özünü həsr edən Y.Eyyubov (Iusiph Eiubovi) gənc yaşlarında alimlik dərəcəsi almağı bacarıb və Böyük Britaniyada hibrid süni intellekt üzrə aparıcı alimlərindən biri kimi tanınır. 28 yaşlı azərbaycanlı Avropanın və dünyanın qabaqcıl ölkələrindən olan Böyük Britaniyada elm və texnika sahəsində iz qoymağı bacarıb. Şirkət digər maliyyə mənbələri və mükafatlarla yanaşı, təkcə Böyük Britaniya hökumətindən səhmsiz (non-dilutive) olaraq 1 milyon dollardan çox qarşılıqsız qrant dəstəyi əldə edib və dünyanın aparıcı sənaye giqantları ilə əməkdaşlıq edir.

Elə onun həmtəsisçisi olduğu Böyük Britaniyanın sənaye süni intellekti şirkəti “EntroMetrix” qısa müddətdə beynəlxalq arenada uğurlar qazanıb.

“Qafqazinfo” xəbər verir ki, şirkət milyonlarla dollar maliyyə dəstəyi əldə edib, nüfuzlu beynəlxalq mükafatlara layiq görülüb və dünyanın aparıcı sənaye şirkətləri ilə əməkdaşlıq edir.

Elmi əsaslar və təhsil

Dr. Yusif Eyyubov “EntroMetrix”in fizika qanunlarına əsaslanan süni intellekt texnologiyasının yaradıcılarından biridir. O, süni intellekti mühəndislik, fizika və termodinamika ilə birləşdirən qabaqcıl hibrid modellər hazırlayıb. Təhsilini “Kembric Universiteti” (University of Cambridge) nüvə enerjisi mühəndisliyi və “İmperial Kollec Londonda” (Imperial College London) kimya mühəndisliyi sahələrində bitirərək termodinamika və molekulyar modelləşdirmə sahəsi üzrə doktorluq (PhD) dərəcəsini müdafiə edib.

Bundan sonra isə o, alim Mohammed Ali ilə birlikdə böyük uğura imza atıblar. “Kembric Universiteti” və “İmperial Kollec London”un mühəndisləri – Dr. Mohammed Ali və Dr. Yusif Eyyubov “EntroMetrix”i yaradıblar.

“Kembric” Universitetinin professoru və araşdırmalar üzrə direktoru Professor Steve Evans isə şirkətin elmi məsləhətçisi olub.

Neft-qaz sənayesi ilə əməkdaşlıq və mükafat

Yusif Eyyubov dünyanın ən iri neft və qaz şirkətləri üçün qabaqcıl süni intellekt və termodinamik modellər hazırlayıb. Onun peşəkar fəaliyyəti “Shell” və “Oman”ın qlobal milli enerji şirkəti “Oman Oil Company” (yeni adı ilə “OQ”) ilə əməkdaşlığı əhatə edir.

“EntroMetrix” tekstil sənayesində ağır emal prosesləri üçün hazırladığı inqilabi texnologiyaya görə “H&M Foundation Global Change Award 2026” mükafatını qazanıb. Bu mükafat tekstil sənayesində innovasiya, texnologiya və davamlılıq sahəsində dünyanın ən nüfuzlu mükafatlarından biri hesab olunur və tez-tez “Tekstil dünyasının Nobel mükafatı” adlandırılır.

Dr. Yusif Eyyubov bu nüfuzlu mükafatı qazanan ilk azərbaycanlıdır.

Texnologiyanın sənayedəki tətbiqi

Qeyd edək ki, “EntroMetrix”in hibrid süni intellekt texnologiyasi kimya sənayesi, ağır sənaye, iri emal və proses müəssisələrinə mövcud zavod və avadanlıq infrastrukturunu dəyişmədən məhsuldarlığı əhəmiyyətli dərəcədə artırmağa imkan verir. Şirkətin təklif etdiyi bu universal yanaşma sənaye giqantlarına artıq sahib olduqları aktivlərdən maksimum səmərə əldə etməyə şərait yaradır ki, bu da uzun illər ərzində demək olar ki, mümkün hesab olunmurdu.

Şirkət sənaye müəssisələrində səmərəliliyi 25 faizə qədər artırmaq potensialını nümayiş etdirib. Bu isə qlobal sənaye miqyasında ümumilikdə milyardlarla dollar qənaət deməkdir.

“EntroMetrix”in hazırladığı modellər ənənəvi sənaye konsaltinqi və rəqəmsal transformasiya layihələri ilə müqayisədə nəticələri daha qısa müddətdə təqdim edir. Halbuki bu cür proqramlar adətən illərlə davam edir, milyonlarla dollar xərc tələb edir və yalnız bundan sonra real nəticə verir.

“EntroMetrix” Böyük Britaniya, İsveç, Niderland, Hindistan, Oman və Yaxın Şərqdə beynəlxalq tanınma qazanıb, istehsalçılar, investorlar, hökumətlər və qlobal innovasiya liderləri qarşısında təqdimatlarla çıxış edib.

Gələcək perspektivlər

Güclü dövlət dəstəyi, beynəlxalq tanınma, kommersiya marağı və sənayedə sübut olunmuş nəticələr sayəsində “EntroMetrix” yeni nəsil istehsal texnologiyaları sahəsində gələcəyin qlobal liderlərindən biri kimi mövqeyini möhkəmləndirir. Şirkət Böyük Britaniyanın ən perspektivli sənaye texnologiyaları şirkətlərindən biri kimi formalaşır və gələcəkdə Avropanın ən böyük və ən mühüm sənaye süni intellekt şirkətlərindən birinə çevrilmək potensialına malikdir.

Hazırda isə o, Böyük Britaniya hökumətinin süni intellekt üzrə ekspert kimi seçdiyi mütəxəssis olaraq fəaliyyət göstərir və dünyanın aparıcı istehsal müəssisələri ilə əməkdaşlıq edir və sənayenin rəqəmsal transformasiyası istiqamətində layihələrə rəhbərlik edir.

Onu da qeyd edək ki, Dr. Yusif Eyyubov bundan əvvəl “Shell”, “Ferrari” və “Schlumberger” kimi qlobal şirkətlərlə də çalışıb. EntroMetrix” həmçinin “Procter & Gamble” (P&G) kimi qlobal korporasiyaların diqqət mərkəzindədir və və bu cür giqantların dəstəyi ilə irəliləyir.
28 yaşlı azərbaycanlı alim “Tekstil sənayesinin Nobeli”ni qazandı - Fotolar
28 yaşlı azərbaycanlı alim “Tekstil sənayesinin Nobeli”ni qazandı - Fotolar
28 yaşlı azərbaycanlı alim “Tekstil sənayesinin Nobeli”ni qazandı - Fotolar
28 yaşlı azərbaycanlı alim “Tekstil sənayesinin Nobeli”ni qazandı - Fotolar

Oxunub: 46
Paylaş:
Digər xəbərlər

Gündəm

28-04-2025, 14:23

Bu gün Azərbaycan elminin və səhiyyəsinin parlaq simalarından biri, tibb elmləri doktoru, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın doğum günüdür.

Gündəm

18-07-2024, 12:15

İlham Əliyev Britaniyada səfərdədir

Siyasət

27-06-2021, 10:24

Britaniyada səhiyyə qalmaqalı: nazir istefa verdi

Dünya

26-08-2020, 00:27

Böyük Britaniyada koronavirus vaksininin sınaqları başlayıb

Gündəm / Dünya

26-04-2020, 21:06

Britaniyada gün ərzində 413 nəfər koronavirusdan ölüb

Şou Biznes
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Loqo ✕ RamazanGÜNDƏMSİYASƏTSOSİALMEDİAHADİSƏİQTİSADİYYATMƏDƏNİYYƏTİDMANCOP29DÜNYAMARAQLITƏHLİLDİGƏRHAQQIMIZDAƏLAQƏPEŞƏ ETİKASI “Bu siyahıda yaddan çıxan müğənnilər var”
Ülviyyə Namazovadan efir qadağası qoyulmasına REAKSİYA
Mədəniyyət
24-07-2026, 13:58
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
31-03-2026, 17:04
Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA
30-03-2026, 22:20
Elnur Ağdamlının 30 illik sənət yolu Sumqayıtda yüksək səviyyədə qeyd edildi
30-03-2026, 08:38
Laçında ilin ən böyük turizm layihələrindən biri reallaşır
2-02-2026, 12:00
Kurtlar vadisi və Cefri Epşteyn
19-12-2025, 20:45
Samvel Babayan "AnewZ”un filmində
Hadisə
26-07-2026, 12:55
Şəkidə qəzada ölən 24 yaşlı Mahirin - Fotosu
26-07-2026, 12:52
Qəbələdə "Aquapark" yanır
26-07-2026, 12:41
Elbrus dağında beş alpinist öldü
Son xəbərlər
  • Bugün, 10:17
    Müəllimlər Salatın Əsgərovanın şəhid olduğu yerə getdilər - FOTOLAR
  • Bugün, 10:15
    Naxçıvanın 1-cisi olan abituriyent ali məktəb seçimi etdi
  • Bugün, 10:13
    Qızılın qiyməti aşağı düşdü
  • Bugün, 10:11
    Sabahdan bu məktəblərdə I sinfə sərbəst qəbul başlayır
  • Bugün, 10:09
    Moskvaya növbəti dron hücumu
  • Bugün, 09:33
    DÇ-2026-da ən yaxşı qolun müəllifi məlum oldu
  • Bugün, 09:23
    Çində iki zəlzələ oldu
  • Bugün, 09:14
    Salahın transferi ilə bağlı danışıqlar dayandırıldı
  • Bugün, 09:08
    28 yaşlı azərbaycanlı alim “Tekstil sənayesinin Nobeli”ni qazandı - Fotolar
  • Bugün, 09:06
    Bakıda Sevil Əliyeva ilə görüşdü - “Ana” mahnısını oxudu+Video
  • Bugün, 09:04
    İranı pulla ələ almaq mümkün deyil, məğlub etməliyik - Tramp
  • Bugün, 09:02
    Bu gün Azərbaycanda rekord isti gözlənilir - PROQNOZ
  • Bugün, 09:00
    Abituriyentlərin nəzərinə: Universitet seçərkən bu səhvi etməyin!
  • Bugün, 08:59
    Xanımı ilə sağollaşandan iki saat sonra şəhid oldu - Rəfail İşiyevin son FOTOSU
  • Dün, 17:30
    Cərimə meydançasına aparılan maşınların xərcləri sürücüyə qaytarılacaq
  • Dün, 17:28
    Magistraturada ən yüksək nəticəni bu universitetin məzunları GÖSTƏRDİ
  • Dün, 17:26
    Ülvi Hacızadə nazir müavini təyin edildi
  • Dün, 17:25
    MEDİA-dan İranın AzTV qərarına sərt bəyanat
  • Dün, 17:03
    Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Nərimanov rayonunda keçirildi. 27.07.2026
  • Dün, 15:20
    Baş idarəyə yeni rəis təyin edildi
  • Dün, 14:35
    Bakıda güclü külək 7 ağacı aşırdı - FOTOLAR
  • Dün, 14:33
    Klublarımıza göz dəydi, yoxsa rəqiblər çətinləşdi?
  • Dün, 14:32
    Miqrasiya prosedurları elektronlaşdırıldı
  • Dün, 14:30
    Azərbaycanda yeni qanun qüvvəyə mindi
  • Dün, 14:27
    Azərbaycanda keçiriləcək dünya çempionatı ilə bağlı Sərəncam imzalandı
  • Dün, 14:21
    Prezidentin İstanbula təyin etdiyi baş konsul kimdir? - DOSYE
  • 26-07-2026, 12:55
    Şəkidə qəzada ölən 24 yaşlı Mahirin - Fotosu
  • 26-07-2026, 12:52
    Qəbələdə "Aquapark" yanır
  • 26-07-2026, 12:50
    Ermənistan güləşçiləri Bakıya gəldi
  • 26-07-2026, 12:46
    Prezident həmkarını təbrik etdi
  • 26-07-2026, 12:44
    Almaniyada hər ay 15 min iş yeri bağlanır
  • 26-07-2026, 12:42
    Sabah Azərbaycanda 40 dərəcə isti olacaq
  • 26-07-2026, 12:41
    Elbrus dağında beş alpinist öldü
  • 26-07-2026, 12:39
    Hazırlıqlar başladı: 30 min hərbçi Rusiyaya gəlir
  • 26-07-2026, 12:37
    Aran rayonlarında 39 dərəcə isti - FAKTİKİ HAVA
Daha çox
23-07-2026, 17:05
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Sabunçu rayonunda keçiri
24-07-2026, 15:37
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Qaradağ rayonunda keçirildi. 24.07.2026
23-07-2026, 11:17
Respublika üzrə pensiyalar tam ÖDƏNİLDİ
21-07-2026, 14:27
Azərbaycanın Multikultural Modeli Niyə Hədəfə Alınır?
24-07-2026, 14:29
“Space TV”nin bank hesablarına həbs qoyuldu
24-07-2026, 16:22
Dövlət Proqramı üzrə təqaüdçülərin siyahısı müəyyən olundu
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə