Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhərinin Nəsimi rayonu, Rəşid Behbudov küçəsində beşmərtəbəli yaşayış binasının dam örtüyündə yanğın olması barədə məlumat daxil olub.
AZƏRTAC xəbər verir ki, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Xəbərnur