Naxçıvan Dövlət Universiteti Media və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsi üzrə vakansiya elan edir.
Məlumata görə, vakansiya üzrə namizədlər jurnalistika, kommunikasiya və ya əlaqəli sahə üzrə magistr təhsilinə malik olmalıdırlar.
Bundan əlavə, namizədlərdən media və PR sahəsində ən azı 5 il iş təcrübəsi, rəhbər vəzifədə çalışma təcrübəsi, yazılı və şifahi ünsiyyət bacarıqları, rəqəmsal media və SMM bilikləri, həmçinin strateji düşüncə və komanda idarəetmə bacarığı tələb olunur.
Vakansiya ilə maraqlanan şəxslər müraciətlərini hr@ndu.edu.az elektron poçt ünvanına göndərə bilərlər.
Ətraflı məlumatı universitetin rəsmi internet səhifəsindən əldə etmək mümkündür.