Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə iranlı həmkarı Abbas Əraqçi arasında telefon danışığı olub.
Xəbər verilir ki, bu barədə Türkiyə mətbuatı Xarici İşlər Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb.
Telefon danışığı zamanı Fidan Türkiyənin hava məkanına yönəldiyi müəyyən edilən və zərərsizləşdirilən ballistik raket barədə etirazını qarşı tərəfə çatdırıb.
O həmçinin münaqişənin yayılmasına səbəb olacaq hər hansı addımlardan çəkinməyin zəruriliyini ifadə edib.