Türkiyə əhalisinin sayı 2021-ci ildə 84 680 273 nəfərə çatıb.
xebernur.com xəbər verir ki, bu barədə Türkiyə Statistika İnstitutu (TÜİK) məlumat yayıb.
Bildirilib ki, 2020-ci ildə Türkiyənin əhalisi 83 614 362 nəfər təşkil edib. İl ərzində artım 1 065 911 nəfər olub.
Əhalinin 50,1 faizini kişilər (42 428 101 nəfər), 49,9 faizini isə qadınlar təşkil edir.
Bundan əlavə, Türkiyənin şəhər əhalisinin payı 2020-ci ildəki 93 faizlə müqayisədə 2021-ci ildə 93,2 faizə çatıb. İl ərzində kənd əhalisinin payı 7 faizdən 6,8 faizə qədər azalıb.