• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Azərbaycanla Gürcüstanın sülh ADDIMLARI

Gündəm / Siyasət

17-04-2025, 16:12

Azərbaycanla Gürcüstanın sülh ADDIMLARI
Bu gün Azərbaycan-Gürcüstan əlaqələri yeni mərhələyə daxil olub. Əməkdaşlığımız daha da inkişaf edir və möhkəmlənir. Gürcüstan Prezidentinin ilk xarici səfərini Azərbaycana etməsi bunun nümunəsidir. Bu addım ikitərəfli münasibətlərin strateji əhəmiyyət daşıdığını bir daha nümayiş etdirir.

Bir müddət öncə IV Antalya Diplomatiya Forumu çərçivəsində Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə Prezident İlham Əliyev arasında görüş olmuşdu. Həmçinin ADA Universitetində təşkil olunan beynəlxalq forumda da Prezident İlham Əliyev Gürcüstanla münasibətləri yüksək qiymətləndirmişdi. Məhz Gürcüstan Prezidentinin ölkəmizdə rəsmi səfərdə olması bir daha göstərir ki, qarşılıqlı etimad mühiti getdikcə genişlənir.

Yeri gəlmişkən, Azərbaycan və Gürcüstan prezidentlərinin mətbuata bəyanatlarla çıxışı olduqca böyük maraq doğurdu. Ölkə başçımızın qonşu Gürcüstanla bağlı səsləndirdiyi fikirlər regional və qlobal miqyasda hər iki ölkənin uğurlu tərəfdaşlığına önəmli mesajdır. Qeyd edildi ki, əgər biz bu gün Avropanın enerji təhlükəsizliyi haqqında danışırıqsa, bunu Azərbaycansız, Gürcüstansız təsəvvür etmək mümkün deyil.

Azərbaycan və Gürcüstan bölgənin geosiyasi reallığında fəal və mühüm rol oynayır. İki ölkə arasında əməkdaşlıq xüsusilə nəqliyyat, kommunikasiya və enerji təhlükəsizliyi sahələrində çox ciddi səviyyəyə çatıb. Azərbaycan ilə Gürcüstanın birgə həyata keçirdiyi neft-qaz, nəqliyyat və kommunikasiya layihələri təkcə region üçün deyil, bütövlükdə Avrasiya məkanı üçün strateji mahiyyət daşıyır. Bu əməkdaşlıq sıradan bir tərəfdaşlıq deyil - bu, enerji və nəqliyyat marşrutlarının taleyini müəyyən edən, qlobal güc balansında yeni səhifə açan bir modeldir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi magistral layihələr, Bakı-Tbilisi-Qars dəmir yolu kimi kommunikasiya arteriyaları Cənubi Qafqazın geosiyasi xəritəsini yenidən cızıb. Bu layihələr sayəsində region bir enerji və logistika dəhlizinə çevrilib, Azərbaycan və Gürcüstan isə bu böyük oyunda aparıcı aktordur. Qısası, Bakı ilə Tbilisinin birgə atdığı hər addım təkcə iki ölkənin deyil, Avrasiyanın gələcəyini formalaşdırır. Bu əməkdaşlıq yalnız bu günü deyil, sabahı da formalaşdıran tarixi ortaq iradənin göstəricisidir.

Azərbaycanın Gürcüstanla münasibətləri konstruktiv və gələcəyə yönəlib. Hər iki ölkə bir-birinin mövqeyini daim dəstəkləyir. Azərbaycan daim Gürcüstana dəstək göstərib, Gürcüstan da beynəlxalq platformalarda ölkəmizin haqlı mövqeyini müdafiə edib.

Təəssüf ki, hər iki ölkə Avropa İttifaqının və digər beynəlxalq təsisatların qərəzli münasibəti və ikili standartları ilə qarşı-qarşıya qalır. Buna baxmayaraq, Azərbaycan və Gürcüstan öz hədəflərinə birlikdə və ardıcıl şəkildə irəliləyir. Bu proses daha da sürətlənir və inkişaf edir. Əminliklə demək olar ki, Gürcüstan Prezidentinin Azərbaycana səfəri iki ölkə arasında münasibətlərdə yeni mərhələnin başlanğıcı olacaq. Qarşıda yeni layihələr, əməkdaşlıq istiqamətləri və perspektivlər durur. Bu da Azərbaycan-Gürcüstan əlaqələrinin möhkəmlənməsinə və bölgədə sülh, əməkdaşlıq mühitinin dərinləşməsinə ciddi töhfə verəcək.

Oxunub: 170
Paylaş:
Digər xəbərlər

Gündəm

22-01-2025, 14:26

Bizim xalqlarımız əsrlər boyu dostluq, mehriban qonşuluq, qardaşlıq şəraitində yaşamışlar

Siyasət

19-03-2024, 11:10

Azərbaycan-Gürcüstan münasibətləri vacib qonşuluq və tərəfdaşlıq üzərində qurulub – Millət vəkili

Gündəm

27-10-2022, 14:05

Tranzit ölkə olmaq üçün mütləq qonşularla yaxşı münasibətlərin olmalıdır.

Siyasət

25-05-2020, 13:59

Prezident İlham Əliyev Gürcüstanın dövlət başçısı Salome Zurabişvilini təbrik edib

Dünya

7-05-2020, 20:08

Gürcüstan iyulun 1-dən xarici turistləri qəbul edəcək

Şou Biznes
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Loqo ✕ RamazanGÜNDƏMSİYASƏTSOSİALMEDİAHADİSƏİQTİSADİYYATMƏDƏNİYYƏTİDMANCOP29DÜNYAMARAQLITƏHLİLDİGƏRHAQQIMIZDAƏLAQƏPEŞƏ ETİKASI “Bu siyahıda yaddan çıxan müğənnilər var”
Ülviyyə Namazovadan efir qadağası qoyulmasına REAKSİYA
Mədəniyyət
24-07-2026, 13:58
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
31-03-2026, 17:04
Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA
30-03-2026, 22:20
Elnur Ağdamlının 30 illik sənət yolu Sumqayıtda yüksək səviyyədə qeyd edildi
30-03-2026, 08:38
Laçında ilin ən böyük turizm layihələrindən biri reallaşır
2-02-2026, 12:00
Kurtlar vadisi və Cefri Epşteyn
19-12-2025, 20:45
Samvel Babayan "AnewZ”un filmində
Hadisə
Dün, 12:55
Şəkidə qəzada ölən 24 yaşlı Mahirin - Fotosu
Dün, 12:52
Qəbələdə "Aquapark" yanır
Dün, 12:41
Elbrus dağında beş alpinist öldü
Son xəbərlər
  • Dün, 12:55
    Şəkidə qəzada ölən 24 yaşlı Mahirin - Fotosu
  • Dün, 12:52
    Qəbələdə "Aquapark" yanır
  • Dün, 12:50
    Ermənistan güləşçiləri Bakıya gəldi
  • Dün, 12:46
    Prezident həmkarını təbrik etdi
  • Dün, 12:44
    Almaniyada hər ay 15 min iş yeri bağlanır
  • Dün, 12:42
    Sabah Azərbaycanda 40 dərəcə isti olacaq
  • Dün, 12:41
    Elbrus dağında beş alpinist öldü
  • Dün, 12:39
    Hazırlıqlar başladı: 30 min hərbçi Rusiyaya gəlir
  • Dün, 12:37
    Aran rayonlarında 39 dərəcə isti - FAKTİKİ HAVA
  • 25-07-2026, 21:17
    Rusiyanın bu hava limanı BAĞLANDI
  • 25-07-2026, 21:15
    Ağdamdakı yanğın genişlənir - Əlavə qüvvələr cəlb edildi
  • 25-07-2026, 21:13
    İxtisas seçimi edənlərin nəzərinə: universitetin adına aldanmayın!
  • 25-07-2026, 21:10
    Milli Yaylaq Festivalında taxta konstruksiya aşdı - yaralılar var
  • 24-07-2026, 22:13
    Bakıda güclü yanğın - POLİS YOLU BAĞLADI - YENİLƏNİB
  • 24-07-2026, 16:22
    Dövlət Proqramı üzrə təqaüdçülərin siyahısı müəyyən olundu
  • 24-07-2026, 16:16
    İki prokuror vəzifədən azad edildi, 8-i cəzalandırıldı
  • 24-07-2026, 15:37
    Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Qaradağ rayonunda keçirildi. 24.07.2026
  • 24-07-2026, 14:29
    “Space TV”nin bank hesablarına həbs qoyuldu
  • 24-07-2026, 13:59
    Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
  • 24-07-2026, 13:58
    İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
  • 24-07-2026, 11:00
    Qarabağ və Şərqi Zəngəzurda şəffaf işləməyənləri ciddi cəza gözləyir
  • 24-07-2026, 10:59
    Nazirlik istilərlə bağlı əhaliyə müraciət etdi
  • 23-07-2026, 17:05
    Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Sabunçu rayonunda keçiri
  • 23-07-2026, 16:02
    İşçilərin ezamiyyə qaydalarında dəyişiklik edildi
  • 23-07-2026, 14:38
    Bakıda tələbə oğlanın meyiti tapıldı
  • 23-07-2026, 14:35
    Naxçıvan TV-nin sədr müavini işdən azad edildi
  • 23-07-2026, 11:22
    Elmar Vəliyevə məxsus bazar satışa çıxarıldı
  • 23-07-2026, 11:19
    Peşə təhsili almaq istəyənlərə şad XƏBƏR
  • 23-07-2026, 11:17
    Respublika üzrə pensiyalar tam ÖDƏNİLDİ
  • 23-07-2026, 11:16
    İlham Əliyev əs-Sisiyə məktub göndərdi
  • 23-07-2026, 10:52
    Salyanda çoban 85 baş qoyunla birlikdə itkin düşdü
  • 23-07-2026, 10:42
    Gənclərin ilk iş yeri: hansı ixtisaslara iş tapılır, hansılara yox?
  • 23-07-2026, 10:41
    Hamı ondan danışır: Arzumu həbsdən buraxan hakim kimdir? - DOSYE
  • 23-07-2026, 10:39
    “Sədərək” və “Binə” bağlanır?
  • 23-07-2026, 10:28
    DİN skuter və velosiped sürücülərinə müraciət etdi
Daha çox
21-07-2026, 14:27
Azərbaycanın Multikultural Modeli Niyə Hədəfə Alınır?
23-07-2026, 17:05
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Sabunçu rayonunda keçiri
23-07-2026, 11:17
Respublika üzrə pensiyalar tam ÖDƏNİLDİ
22-07-2026, 09:01
Azərbaycanın Xalq artisti vəfat etdi
22-07-2026, 08:59
Bakıda 4 istiqamətdə tıxac var - SİYAHI
22-07-2026, 11:17
Su obyektlərinin monitorinqini aparacaq QURUMLAR
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə