Füzulidə 9 saylı Körpələr Evində qalmaqal: Müdir Ülviyyə Əjdərzadə yayılan səs yazısını inkar etdi
Füzuli Rayonunun Qayıdış qəsəbəsində yerləşən 9 saylı Körpələr Evi ilə bağlı sosial şəbəkələrdə yayılan səs yazısı ictimai müzakirələrə səbəb olub. Audio materialda müəssisə rəhbərliyinə qarşı müxtəlif iddialar səsləndirilir.
Qurumun müdiri Ülviyyə Əjdərzadə yayılan səs yazısının ona aid olmadığını bildirərək iddiaları qəti şəkildə təkzib edib:
“Səs yazısı montaj olunub, mənim səsim deyil” – deyə Ülviyyə Əjdərzadə açıqlama verib.
Hazırda məsələ ilə bağlı araşdırmaların aparıldığı, iddiaların həqiqətə uyğun olub-olmamasının rəsmi şəkildə müəyyənləşdiriləcəyi gözlənilir. Hadisə ictimaiyyət arasında böyük rezonans doğurduğu üçün mövzuya dair rəsmi qurumlardan əlavə açıqlamalar tələb olunur.








