• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

"Zibil qablarında yığdığım çörəklərlə balamı saxlayıram. Bu məmurlar mənim çörəyimi əlimdən aldılar." - İDDİA // VİDEO

Gündəm

15-10-2021, 14:37

"Zibil qablarında yığdığım çörəklərlə balamı saxlayıram. Bu məmurlar mənim çörəyimi əlimdən aldılar." - İDDİA // VİDEODogruXeber.az: - Hazırda sosial media gündəmində haqlı tənqid hədəfləri arasında hələ ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi öz "reytinqini" qoruyub saxlamaqdadır.

Sözügedən bu qurum haqqında elə bir gün yoxdur ki, bir yox, bir neçə vətəndaş şikayətləri və tənqidi materiallar dərc edilməsin.

Amma, nə faydası?

Deyir: " Sən saydığını say, gör Sahil Babayev və onun komandası nə sayır".

Ölkə əhalisinin yarıdan çoxunu, hətta az qala hamısını özündən narazı salan bu dövlət qurumunun rəhbər və əməkdaşları görəsən nə düşünürlər?

Bir vaxtlar rüşvətlə saxta əlillik dərəcəsi təyin edib, pensiya almasını təmin edən qurum əməkdaşları, güya saxta yollarla pensiya alanları araşdırmaq üçün qəflətən verilən pensiyaları kəsdi.

Pensiyası kəsilənlər arasında bir ayağı, hətta iki ayağı, iki gözü, əli olmayanlar da var idi. Onların saxta, ya gerçək olduğunu araşdırmağın məntiqini çoxlarımız hələ də anlamış deyilik.

Qeyd: Həqiqi xəstəliyi və əlilliyi olanlar var ki, hələ də yenidən pensiya alması təmin edilməyib.

Amma, eşitdiyimizə görə saxtakar həkimlər və komissiya üzvləri əvvəlki "qayda"da yenə də "fəaliyyət"lərini davam etdirirlər.

O zaman bu araşdırmalar nəyə lazımdır?

Nə dəyişdi ki?!

Pensiyaya həqiqi ehtiyacı olanlar ehtiyac içində boğulmaqda davam edir. İmkanı olanlar isə pulunu verib, işini bərpa edir.

Yeri gəlmişkən, onu da bildirək ki, deyilənlərə görə sözügedən nazirliyin əməkdaşları, komissiya üzvləri həkimlər ilə əlbir çalışırlar.

Əgər bu araşdırmalar saxta əlillikərin araşdırılması ilə əlaqədardırsa, bəs yenə də saxtakarlıq etmək nədir?!

Yoxsa, həmkarlarımız demiş həqiqətən də "Sahil Babayev büdcəyə belə "qənaət" edir" ?!

Çünki, bu "yığımcıl" qurumun "qənaət metodu" təkcə pensiya, yaxud ünvanlı sosial yardımları kəsməkdən ibarət deyil.

Eyni zamanda illərdir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində xadimə işləyənlərin də bəzilərini işdən çıxarıb."DogruXeber.az" informasiya agentliyinə müraciət edən, əslən Tərtər rayonundan olan Əsgərova Təranə Yaqub qızı bildirir ki, "2005-ci ilin may ayından etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeçiliyində yaradılmış Dövlət Sosial Müdafiə Fondunda Xadimə işləyirəm. 2020-ci ilin İyul ayında məni məcburi olaraq ştatdan, müddətli müqaviləyə keçirdilər.

Bir gün mənə dedilər ki, dörd nəfərin sənədi itib, onunla bağlı bu kağızları imzalayın. Aysel xanım ağ kağıza mənə qol çəkdirdi. Sonra yenə də işimə hər zaman olduğu kimi davam etdim. Yəni o imzadan sonra da iki gün gedib işlədim. Mənə kimsə bir söz demədi. İki gün sonra dedilər ki, "sən niyə işləyirsən. Sənin əmrin verilib. İşdən çıxmısan"".

Yeri gəlmişkən onu da qeyd edək ki, Təranə xanım Əsgərova işlədiyi müddətdə də redaksiyamıza müraciətləri olmuşdur. Hansı ki, bir dəfə iş zamanı başına ağır dəmir parçası düşmüş və xanım iş yerində ağır xəsarət almışdı. İdarə isə onun müalicəsinə köməklik göstərmirdi. İkinci şikayətində isə xanım iki nəfərin işini tək gördüyü və bunun üçün əlavə əmək haqqı almadığından gileylənirdi.

Baxmayaraq ki, Təranə xanım hər iki məsələdə haqlı idi, amma görünür onun bu narazılıqları Dövlət Sosial Müdafiə Fondunda çalışan səlahiyyət sahiblərinin xoşuna gəlməyib.

Odur ki, xanımın da dediklərinə görə məhz bu səbəbdən, yəni haqqını tələb etməsin deyə, səlahiyyət sahibləri ondan "canlarını qurtarmağa" çalışıblar.
Daha doğrusu elə "qurtarıblar" da.

Çox təəssüflər olsun ki, günümüzün reallığı budur:

Haqqını tələb edən vətəndaşlar, özbaşına məmurların xoşuna gəlmir!

Təranə xanım Əsgərova bildirir ki, Himalay Məmişov, Cavid Şeydayev və kadrlar şöbəsində çalışan Aysel tərəfindən aldadılaraq işdən çıxarılmasına etiraz olaraq, o işlədiyi idarəni məhkəməyə verib.

Məhkəmə də idarənin xeyrinə qərar qəbul edib ki, xanımın müqaviləsi başa çatdığı üçün işdən çıxarılıb. Müddətli müqaviləyə hansı yollarla keçirildiyi mövzusu isə hər kəsin diqqət çərçivəsindən kənarda qalıb.

Bundan əlavə xanım yazılı olaraq bir çox dövlət qurumlarına - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Prezident adminstrasiyası, həmçinin Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya da müraciətlər göndərib. Çox təəssüflər olsun ki, o müraciətlər də göndərilməsindən bir ay keçməsinə baxmayaraq, hələ cavabsız qalıb.

Ümidi hər yerdən üzülən Təranə xanım Əsgərova pozulmuş hüquqlarının bərpa edilməsi üçün redaksiyamız vasitəsilə Prezident İlham Əliyevdən və xanımı Mehriban xanım Əliyevadan kömək istəyir.

Ölkə əhalisinin az qala hamısını Nazirdən, Nazirlikdən, ölkədən, ən başlıcası isə dövlətçilikdən narazı salmağı peşəkarcasına bacaran Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin özünün və tabeliyində olan bütün idarələrinin səlahiyyətli əməkdaşlarının barəsində nədənsə heç bir tədbir görülmür.

Bəlkə də vətəndaşlar elə Sahil Babayevi qınamaqda haqlıdırlar. Çünki, haqqında hər gün, gündə bir neçə dəfə tənqidi materiallar yayımlanan qurumun rəhbəri ola bilməz ki, idarəçiliyində baş verənlərdən xəbərsiz olsun.

P.S: Şikayətçi Təranə xanım Əsgərovanın iddiaları barəsində qarşı tərəfin də mövqeyini dinləmək məqsədilə Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidməti ilə telefon əlaqəsi saxladıq. Mətbuat xidməti məsələni araşdırıb məlumat verəcəklərini bildirdi.

Söhbətimizdən qısa vaxt keçdikdən sonra sözügedən qurumun mətbuat xidmətindən bizə zəng edərək, xanımın müqavilə müddətinin başa çatdığı üçün işdən çıxarıldığını bildirdilər. Digər, iddiaları isə konkret olaraq təkzib etdilər.

Mövzu diqqətimizdədir.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az

Oxunub: 506
Paylaş:
Digər xəbərlər

Hadisə / Sosial

4-08-2021, 11:01

Saxta əlillik pensiyası düzəldən baş həkimə cinayət işi açıldı

Gündəm

11-06-2020, 01:27

Bu şəxslərin pensiya alması üçün yaş həddi azaldılır

Sosial

4-09-2020, 10:08

Yeni “Pensiya kalkulyatoru” e-xidməti hazırlanır

Sosial

15-10-2019, 15:21

Azərbaycanda pensiya yaşı belə hesablanacaq — Yenilik

Gündəm / Sosial

4-10-2019, 13:10

Nazirdən təqaüdçülərə — ŞAD XƏBƏR

Şou Biznes
Tiktoker Müjgan həbs edildi
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Loqo ✕ RamazanGÜNDƏMSİYASƏTSOSİALMEDİAHADİSƏİQTİSADİYYATMƏDƏNİYYƏTİDMANCOP29DÜNYAMARAQLITƏHLİLDİGƏRHAQQIMIZDAƏLAQƏPEŞƏ ETİKASI “Bu siyahıda yaddan çıxan müğənnilər var”
Mədəniyyət
19-08-2026, 09:20
Qarabağ və Şərqi Zəngəzurda 130 abidə inventarlaşdırılmayıb - RƏSMİ
18-08-2026, 16:47
Prezident təqaüdçüləri ailə qururlar
24-07-2026, 13:58
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
31-03-2026, 17:04
Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA
30-03-2026, 22:20
Elnur Ağdamlının 30 illik sənət yolu Sumqayıtda yüksək səviyyədə qeyd edildi
30-03-2026, 08:38
Laçında ilin ən böyük turizm layihələrindən biri reallaşır
Hadisə
28-08-2026, 09:53
Bakıdakı küləyə görə ayağı sınan, əli kəsilən var
24-08-2026, 15:49
34 yaşlı mühafizəçinin meyiti aptekdə tapıldı
21-08-2026, 09:00
Gürzəni öldürən Neftçala sakini özü də öldü
Son xəbərlər
  • Bugün, 11:06
    Azərbaycanın coğrafi üstünlüyü: Bakı ŞƏT üçün kritik önəmlidir
  • Bugün, 10:51
    İlham Əliyev Şimali Kiprin Prezidentinə başsağlığı verdi
  • Bugün, 10:42
    Azərbaycanda 1,1 milyon insanın pensiyası artırılacaq
  • Bugün, 10:19
    Pezeşkianla Paşinyan Qırğızıstana getdi
  • Bugün, 10:10
    Xark adasını parça-parça edirlər - Tramp görüntüləri yaydı
  • Bugün, 10:08
    Müəllimlərin təkrar sertifikasiyası BAŞLAYIR
  • Bugün, 10:03
    Prezident Qırğızıstana gedəcək - GÖRÜNTÜ
  • Bugün, 09:01
    Yasamal sakinlərinin nəzərinə!
  • Bugün, 08:58
    Ata-anası “Sədərək”dən cehiz almağa getdi - 17 yaşlı qız sığınacağa qaçdı
  • Bugün, 08:56
    İki qardaş ölkənin baş diplomatları görüşdü
  • Bugün, 08:53
    Avtomobillərin qiyməti artacaq?
  • Bugün, 08:51
    Deputatdan Zelenskiyə gözlənilməz məsləhət
  • 28-08-2026, 14:58
    Nigar Fərhad sərbəst buraxıldı
  • 28-08-2026, 14:18
    Qurban Qurbanov bacarmadığını etiraf etməlidir - POLEMİKA
  • 28-08-2026, 14:02
    SOCAR prezidentinə yeni müşavir təyin olundu
  • 28-08-2026, 11:49
    Mənim Prezidentim İlham Əliyevin 2026-cı il avqustun 23-də Özbəkistana dövlət səfəri zamanı Azərbaycan–Özbəkistan münasibətlərinin strateji xarakterini bir daha nümayiş etdirdi.
  • 28-08-2026, 10:46
    Ödənişli universitetə qəbul olunsa da, bu şəxslər təhsil haqqı ÖDƏMƏYƏCƏK
  • 28-08-2026, 10:01
    Ali məktəbərin boş qalan yerlərinə ixtisas seçimi BAŞLADI
  • 28-08-2026, 09:53
    Bakıdakı küləyə görə ayağı sınan, əli kəsilən var
  • 28-08-2026, 09:50
    Daxili İşlər Nazirliyi kirayə ev axtaran tələbələrə müraciət etdi
  • 28-08-2026, 09:29
    Bəs “vaxtı gələndə” nə deməkdir?
  • 28-08-2026, 09:27
    Ermənistanda 3 nazirliyin adı dəyişdirildi
  • 28-08-2026, 09:24
    Daşqın nəticəsində ölənlərin sayı 500-ə çatır
  • 28-08-2026, 09:22
    İlin son Ay tutulması başlayıb
  • 28-08-2026, 09:20
    UEFA reytinqində Azərbaycanın mövqeyi
  • 28-08-2026, 09:18
    7 ölkə İrana görə İstanbulda toplaşır - kritik görüş
  • 27-08-2026, 16:22
    Prezident “Sabah”a 5 milyon pul ayırdı
  • 27-08-2026, 16:06
    Müasir Azərbaycan cəmiyyətində qadın ziyalı obrazını ləyaqətlə təmsil edən Mina Şirinova (Minə Aqil), həm təhsil rəhbəri, həm də istedadlı qələm sahibi kimi tanınır
  • 27-08-2026, 12:03
    Məktəbli geyimlərin qiyməti aşağı salındı - SATIŞ ÜNVANLARI
  • 27-08-2026, 11:29
    Nepaldakı sel fəlakətində 1 500 insan itkin düşüb
  • 27-08-2026, 10:28
    Rayonlara leysan yağıb - FAKTİKİ HAVA
  • 27-08-2026, 10:23
    Son 20 ildə Bakıya 200 milyard dollar xərclənib? - Açıqlama
  • 27-08-2026, 10:00
    Bu gün püşkatmadır - “Sabah”ın rəqibləri bəlli olacaq
  • 27-08-2026, 09:35
    Azərbaycan neftində geriləmə davam edir - 91 dollara düşdü
  • 27-08-2026, 09:32
    Əlcəzairdə meşə yanğınları - 12 ölü, 54 yaralı
Daha çox
28-08-2026, 11:49
Mənim Prezidentim İlham Əliyevin 2026-cı il avqustun 23-də Özbəkistana dövlət səfəri zamanı Azərbaycan–Özbəkistan münasibətlərinin strateji xarakterini bir daha nümayiş etdirdi.
26-08-2026, 16:12
26 Avqust - Laçın Şəhəri Günü: “Tarixi ədalətin təntənəsi” mövzusunda tədbir keçirilib
24-08-2026, 19:30
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Bərdə rayonunda keçirildi. 24.08.2026
26-08-2026, 15:45
Laçın Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirildi. 26.08.2026
25-08-2026, 17:52
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Mincəçevir şəhərində keçirildi. 25.08.2026
26-08-2026, 12:43
Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın doğum günüdür!
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə