Nepal və Çində baş verən dağıdıcı sel fəlakəti nəticəsində itkin düşənlərin sayı 1 500-ə yaxınlaşıb.
Xəbər verilir ki, Nepalda itkin düşənlərin sayı 826 nəfərə çatıb. Onların arasında 600-ə yaxın xarici vətəndaşın olduğu bildirilir.
Çinin Tibet bölgəsində isə 558 nəfərin itkin düşdüyü açıqlanıb. Beləliklə, iki ölkə üzrə ümumilikdə təxminən 1 400-1 500 nəfərin taleyi məlum deyil.
Fəlakət Himalay dağlarında buzlaqın çökməsi nəticəsində güclü sel və palçıq axınının yaranması ilə başlayıb. Təbii fəlakət Nepal ilə Çin arasındakı mühüm nəqliyyat marşrutlarına, yaşayış məntəqələrinə və infrastruktura ciddi ziyan vurub.
Axtarış-xilasetmə əməliyyatları davam etdirilir. Çətin relyef, dağılan yollar və kommunikasiya problemləri xilasedicilərin işini çətinləşdirir. Rəsmi məlumatlara görə, ölənlərin sayı da artmaqda davam edir.