• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Azərbaycan Dili və Əlifbası günü...

Gündəm

1-08-2022, 09:19

Azərbaycan Dili və Əlifbası günü...
Avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir. Bu əlamətdar gün ümummilli lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edilib.



Dovletinfo.az xəbər verir ki, Ulu Öndər həmin Fərmanı latın qrafikalı Azərbaycan əlifbasına keçidin ölkəmizdə 2001-ci ilin avqustunda bütövlükdə təmin edildiyini və yeni əlifbadan istifadənin müstəqil Azərbaycanın ictimai-siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq imzalayıb.



Sovet dövründə yaranmış əngəllərə baxmayaraq, sarsılmaz təməlləri olan Azərbaycan dili mövcudluğunu qoruya bilib. 1945-ci ildə Azərbaycan Elmlər Akademiyasının tərkibində müstəqil Dilçilik İnstitutunun yaradılması dilçiliyimizin bir elm kimi inkişafına ciddi təkan verib.



Sonrakı illərdə Azərbaycan dilinin mövcud təhlükələrdən qorunması və gələcək nəsillər üçün mühafizə edilməsi istiqamətində ulu öndər Heydər Əliyevin xidmətlərini xüsusi qeyd etmək lazımdır. 1977-ci ildə SSRİ-nin yeni Konstitusiyası təsdiq edilən zaman oraya dövlət dili haqqında maddənin salınmaması ilə heç cür barışmayan Ümummilli Lider bu məsələdə sonadək öz prinsipial mövqeyini göstərib. 1978-ci il aprelin 2-də doqquzuncu çağırış Ali Sovetin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş yeddinci sessiyasında məruzə ilə çıxış edən ulu öndər Heydər Əliyevin təkidi ilə 73-cü maddəni yeni dəyişikliklə vermək qərara alınır. Bu dəyişiklik Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dilinin Azərbaycan dili olduğunu əks etdirir. Bütün çətinliklərə baxmayaraq, Ümummilli Liderin bu cür tarixi qərara nail olması mənəvi varlığımızın əsası sayılan dilimizin inkişafında böyük addım oldu.



Azərbaycan dilinin qloballaşma dövrünün mənfi təsirlərindən qorunması və inkişaf etdirilməsi istiqamətində Ulu Öndərin səyləri xalqımız üçün əvəzedilməz töhfələrdir. Ümummilli Liderin 2001-ci il iyulun 18-də imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında”, həmin il avqustun 9-da imzaladığı “Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında” fərmanlar ana dilimizin qorunması və inkişafı baxımından göstərdiyi misilsiz xidmətlərdəndir. 2003-cü il yanvarın 2-də isə ulu öndər Heydər Əliyevin Fərmanı ilə "Azərbaycan Respublikasında dövlət dili haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minib. Qanunda dövlətin ana dilinə qayğısı istiqamətində əsas vəzifələr dəqiq göstərilib.



Bütün maneələrə və çətinliklərə baxmayaraq ana dilimizi qorumaq üçün böyük addımlar atan Ümummilli Liderin siyasi xətti Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilir. Dövlətimizin başçısının 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamı ilə hər il latın qrafikalı Azərbaycan əlifbası ilə çap olunacaq əsərlərin siyahısı hazırlanır. Bundan başqa, həmin il yanvarın 14-də “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, eləcə də 2007-ci il dekabrın 30-da “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” sərəncamlarla ana dilinin həyatımızın bütün sahələrində müfəssəl tətbiqi gerçəkləşib. Müasir dövrün tələblərini və reallıqlarını nəzərə alan Azərbaycan Prezidentinin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nı 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq etməsi milli və mənəvi varlığımızın güzgüsü olan ana dilimizin saflığının və zənginliyinin qorunması baxımından mühüm tarixi hadisədir. Dövlət Proqramının məqsədi Azərbaycan dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılması, dilimizin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi, ölkədə dilçilik araşdırmalarının yaxşılaşdırılmasıdır.



Sənəd, eyni zamanda, dilçiliyin aparıcı istiqamətlərində fundamental və tətbiqi tədqiqatların inkişafına yönəldilmiş yaradıcılıq səylərinin birləşdirilməsini və dilçiliyin müasir cəmiyyətin aktual problemləri ilə əlaqələndirilməsini nəzərdə tutur. Prezident İlham Əliyevin “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2018-ci il 17 iyul tarixli Sərəncamı Azərbaycan dilinin inkişafı və tətbiqi dairəsinin daha da genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Dövlətimizin başçısının 2018-ci il noyabrın 1-də imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı ölkəmizdə dövlət dilinin daim diqqət mərkəzində saxlanıldığını bir daha təsdiq edir. Dil quruculuğu ilə bağlı olan bu sənəd Azərbaycan dilinin milli-mənəvi, siyasi-hüquqi statusunun möhkəmlənməsi istiqamətində atılmış mühüm addımlardan biridir.



Xatırladaq ki, Fərmandan irəli gələn vəzifələrin icrası çərçivəsində Nazirlər Kabinetinin müvafiq qərarı ilə Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi yaradılıb. Mərkəz altmışdan çox saytın dili ilə bağlı monitorinq aparıb və nəticələrin əks olunduğu hesabatı kitab şəklində nəşr etdirib.

Oxunub: 299
Paylaş:
Digər xəbərlər

Siyasət

26-07-2022, 15:51

Müasir Azərbaycan dilinin inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır

Gündəm

26-07-2022, 15:21

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin dil siyasətini müəyyənləşdirdi.

Cəmiyyət

26-07-2022, 10:03

Dil hər bir xalqın varllğının əsas təminatçısıdır.

Gündəm

5-05-2022, 09:29

Heydər Əliyev siyasəti Azərbaycanın uğurlarını təşkil edir

Gündəm

28-05-2020, 21:32

Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidəni ziyarət edib

Şou Biznes
Ofeliya Şabanova boşandı? - "Özü boyda başına daş düşsün..." Ofeliya Şabanova boşandı? - "Özü boyda başına daş düşsün..."
Pulla görüşə çağırdığı müğənni hamilə qaldı, sənətçi həmin uşağı... - Şok iddia
"Xalq Artisti Tunzalə Agayeva Xaçmazda"
Kəmalə Günəşli toy sahibi ilə SAÇYOLDUYA ÇIXDI - Polisə apardılar
Bu müğənnilərin bazarı bağlanır - Efirlərdə biabırçılığa son qoyulur
Nəzakət Teymurovadan Nüşabə Ələsgərlinin iradına cavab
Mədəniyyət
6-08-2025, 14:25
Leyla və Arzu Əliyevalar Müasir İncəsənət Muzeyində
18-06-2025, 14:52
İçərişəhərdə “Muğam Saatı”
12-05-2025, 15:00
Muğamın səsi yenidən Ağdamdan UCALDI
24-10-2024, 09:44
Polad Bülbüloğlu "Qələbə" marşı yazacaq - VİDEO
21-10-2024, 11:35
Azadlıq şairi Xəlil Rza Ulutürkün doğum günüdür
3-08-2024, 21:51
Avroviziya üçün ifaçı və mahnı seçimi elan olunub
Hadisə
7-10-2025, 22:15
Daha bir qazi canına qəsd etdi – Naxçıvanda 44 günlük müharibə qazisi həyatına son qoydu
5-10-2025, 18:49
Polis əməliyyatlar keçirdi - 50 nəfər saxlanılıb
4-10-2025, 21:09
"TikTok"da tanış olduğu məktəbli qızı evinə aparıb təcavüz etdi - NAXÇIVAN ŞOKDA
Son xəbərlər
  • Bugün, 09:31
    İngiltərə DÇ-2026-ya vəsiqə qazanan ilk Avropa komandası oldu - SİYAHI
  • Bugün, 09:26
    “Azneft”in baş direktoru vəzifəsindən AZAD EDİLDİ
  • Dün, 23:11
    "Beauty Time"da qadın yanıq xəsarətləri aldı - Məşhur salonlar şəbəkəsindən ŞİKAYƏT
  • Dün, 22:55
    Ramiz Mehdiyev cinayət məsuliyyətinə cəlb edildi - 4 aylıq ev həbsi
  • Dün, 18:00
    Mübariz Cabbarov vəzifəsindən azad edildi
  • 13-10-2025, 18:26
    “Sədərək”dəki reklam qurğuları niyə sökülür? - RƏSMİ
  • 13-10-2025, 18:19
    Bakıda daha bir marşrut xəttinin avtobusları yenilənir
  • 13-10-2025, 18:17
    Vəzifəsini tərk edən deputatın yerinə yeni seçki keçiriləcək? - AÇIQLAMA
  • 13-10-2025, 18:15
    Şimşək çaxacaq, leysan yağış yağacaq - Hava xəbərdarlığı
  • 13-10-2025, 17:57
    Qarabağ uğrunda döyüşdü, indi dolanışıq uğrunda vuruşur
  • 13-10-2025, 14:19
    Tacikistan–Azərbaycan münasibətləri: Strateji əməkdaşlıq və dostluğun yol xəritəsi
  • 13-10-2025, 09:40
    Suqovuşanın azad olunması vətən müharibəsində önəmli uğurlardandır.
  • 13-10-2025, 09:21
    2026-cı il nə ili ELAN OLUNACAQ...
  • 11-10-2025, 16:13
    XTQ qaziləri Prezident Administrasiyası qarşısında etiraz aksiyası keçiriblər
  • 11-10-2025, 01:23
    Nazir Məcnun Məmmədova Gömrük Komitəsinin quşçuluğa yaratdığı problemlər barədə məlumat verilib
  • 10-10-2025, 15:53
    Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Bakı şəhərinin Suraxanı rayonunda keçirildi. 10.10.2025
  • 10-10-2025, 14:38
    Adəm Məmmədov “Legatus Hüquq Mərkəzi”nin direktoru təyin edildi
  • 10-10-2025, 10:17
    Prezident tacikistanlı həmkarı ilə görüşdü
  • 10-10-2025, 00:53
    “Azərbaycanda İlk Jest Dili Mobil Tətbiqi – ‘JestPlus’ İstifadəyə Verildi”
  • 9-10-2025, 23:44
    Həyat Yoldaşı İşdən Çıxarılan Vətəndaş Ədalətsizliklə Mübarizə Üçün Prezident İlham Əliyevə Müraciət Etdi”
  • 9-10-2025, 20:16
    Qərbi Kaspi Universitetinin tələbəsi iki semestrdir təhsildən kənarda saxlanılır
  • 9-10-2025, 18:02
    Dövlət Gömrük Komitəsində iddia olunan korrupsiya və özbaşınalıq – Vətəndaşdan redaksiyamıza sensasion məktub-
  • 9-10-2025, 15:35
    Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Saatlı rayonunda keçirildi. 09.10.2025
  • 9-10-2025, 14:19
    Ağstafada ŞƏHİDLƏRİMİZİN MƏZƏRLARI ZİYARƏT OLUNUB.
  • 8-10-2025, 20:15
    Nəsimi rayonunda 240 nömrəli məktəbdə biabırçılıq — dərslər boş keçir, tərbiyə sıfır səviyyəsində
  • 8-10-2025, 18:34
    “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın icrası ilə bağlı tədbir keçirilmişdir. 08 oktyabr 2025 | 17:15
  • 8-10-2025, 14:33
    Türk geosiyasətinin mərkəzinə çevrilən Azərbaycan bu gün əməkdaşlığın yeni modelini formalaşdırır
  • 8-10-2025, 12:45
    Tiktoker canlı yayımda söyüş söydü
  • 8-10-2025, 09:13
    Bu ölkədə 15 yaşadək uşaqlara sosial şəbəkə qadağası qoyulacaq
  • 7-10-2025, 22:36
    Qarabağ qazisi Prezidentə və Təhsil Nazirliyinə müraciət etdi
  • 7-10-2025, 22:15
    Daha bir qazi canına qəsd etdi – Naxçıvanda 44 günlük müharibə qazisi həyatına son qoydu
  • 7-10-2025, 19:43
    Düşmənin yıxa bilmədiyini bəzi məmurlar yıxdı – Xüsusi Təyinatlı Qüvvələrin qazilərindən sərt etiraz
  • 6-10-2025, 20:55
    Cəbrayılın işğalı – Sosial fəsadlar və insan taleləri
  • 5-10-2025, 18:49
    Polis əməliyyatlar keçirdi - 50 nəfər saxlanılıb
  • 5-10-2025, 18:48
    “AAAF park”da çoxmərtəbəli binada yanğın - Sakinlər təxliyə edildi
Daha çox
10-10-2025, 15:53
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Bakı şəhərinin Suraxanı rayonunda keçirildi. 10.10.2025
11-10-2025, 16:13
XTQ qaziləri Prezident Administrasiyası qarşısında etiraz aksiyası keçiriblər
8-10-2025, 20:15
Nəsimi rayonunda 240 nömrəli məktəbdə biabırçılıq — dərslər boş keçir, tərbiyə sıfır səviyyəsində
9-10-2025, 23:44
Həyat Yoldaşı İşdən Çıxarılan Vətəndaş Ədalətsizliklə Mübarizə Üçün Prezident İlham Əliyevə Müraciət Etdi”
9-10-2025, 20:16
Qərbi Kaspi Universitetinin tələbəsi iki semestrdir təhsildən kənarda saxlanılır
13-10-2025, 09:40
Suqovuşanın azad olunması vətən müharibəsində önəmli uğurlardandır.
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə