Bakıda silahlı insident zamanı yaralanan şəxslərdən biri tələbədir.
Modern.az xəbər verir ki, Bakı Dövlət Sirki yaxınlığında baş verən hadisədə Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsinin IV kurs tələbəsi Fəqan Rəhimli yaralanıb.
"Adıçəkilən tələbə 08:30 və 10:30 dərslərində iştirak edib, cədvəl üzrə dərsləri 12-də bitdikdən sonra universitetdən çıxıb", - deyə ATU-dan bildirilib