• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Xankəndidə bələdiyyə yaradılacaq - Seçkilərin keçirilməsi gündəmdədir

Gündəm

6-10-2023, 11:07

Xankəndidə bələdiyyə yaradılacaq - Seçkilərin keçirilməsi gündəmdədir
19-20 sentyabr tarixlərində Azərbaycan Ordusu Qarabağda həyata keçirdiyi lokal antiterror tədbirləri nəticəsində separatçı rejim ağ bayraq qaldırdı. Əməliyyat nəticəsində Azərbaycan suverenliyini tam bərqərar etməyə nail oldu. Bu gün artıq Azərbaycan Ordusu və polisi Xankəndi, Ağdərə, Xocalı kimi şəhər və rayonlarımızda da nəzarəti həyata keçirirlər.



Beləliklə, bu ərazilərdə Azərbaycan dövlət qurumlarının fəaliyyətə başlaması məsələsi gündəmə gəlib. Prezident Administrasiyası bu yaxınlarda erməni sakinlərin reinteqrasiyası ilə bağlı planlarını açıqlayıb. Bildirilib ki, erməni sakinlərin yaşadıqları ərazilərdə idarəetmə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri vasitəsilə həyata keçirilir. Sakinlər xüsusi nümayəndəliklərin işinə cəlb oluna bilər.



Məlumatda qeyd olunur ki, nəzarətimizə keçən ərazilərdə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, seçkilər vasitəsilə bələdiyyələr formalaşdırılır.



Qeyd edək ki, Azərbaycanda sonuncu dəfə bələdiyyə seçkiləri 2019-cu ildə keçirilib, növbəti seçkilər 2024-cü ilin dekabr ayında keçiriləcək. Bələdiyyələrin səlahiyyətləri həm konsitutusiya, həm də qanunlarla müəyyən olunub.



Məsələ ilə bağlı danışan Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirib ki, ilkin dövrdə seçilən insanlar bələdiyyə mülkiyyətindən düzgün istifadə etməyib:



“Bələdiyyələrin statusu, onların digər fəaliyyət istiqamətləri və birləşməsi kimi məsələlər qanunlarımızda təsbit olunub. Bununla əlaqədar bələdiyyələrin kifayət qədər səlahiyyətləri mövcuddur. Ancaq bələdiyyələr yeni fəaliyyətə başlayanda bəzi funksiyaları birbaşa yerinə yetirmədikləri üçün müvəqqəti olaraq o funksiyalar başqa-başqa təşkilatlara verildi. Məsələn regionun vergisinin toplanması üçün geniş aparat lazımıydı, ştat lazımıydı. Lakin bələdiyyələr yarananda bunlar yox idi. Ona görə də, tədricən müəyyən məsələlər ortadan çıxdı. Bələdiyyənin fəaliyyətini düzgün başa düşməyən, ilkin dövrlərdə seçilən insanlar bələdiyyə mülkiyyətindən düzgün istifadə etmədilər. Nəticə etibarilə, bələdiyyələrin mülkiyyəti olan torpaqlar, su sahələri, qəbristanlıqlar və başqa sahələr bələdiyyəyə xeyir gətirməyən ayrı-ayrı insanlar tərəfindən istifadə edildi. Beləliklə də, bələdiyyələr özünün geniş formada büdcələrini formalaşdıra bilmədi. Bu baxımdan artıq kifayət qədər addımlar atılır. Dövlət tərəfindən bələdiyyələrə subsidiyalar, sumbinsiyalar verilir ki, yerli özünüidarəetmə qurumları inkişaf etsin. Hesab edirəm ki, bələdiyyələrlə bağlı bu məsələlərə yenidən baxılmalıdır".
Xankəndidə bələdiyyə yaradılacaq - Seçkilərin keçirilməsi gündəmdədir

Deputat gələn il bələdiyyə seçkilərinin yeni sistem əsasında keçiriləcəyini söyləyib:



"Bələdiyyə məktəblər, bağçalar açmalıdırlar. Bələdiyyə parkları və qəbristanlıqları salmalıdır. Bələdiyyələrin istehsal sahəsi yaradana qədər hər bir şey etməyə səlahiyyətləri çatır. Bununla da büdcəyə gəlir gətirmək mümkündür. Həmin gəlirdən də əhalinin problemlərinin həll olunmasında istifadə olunacaq.Hesab edirəm ki, bələdiyyələrə yeni baxış bu istiqamətdə olacaq. Cənab Prezident işğaldan azad olunmuş ərazilərdə, o cümlədən həm Xankəndidə, həm də başqa-başqa yerlərdə bələdiyyələrin gələcəkdəki fəaliyyəti ilə bağlı öz çıxışında bəhs edib. Növbəti ildə Azərbaycanda bələdiyyə seçkiləri olacaq. Hesab edirəm ki, ona qədər bir daha qanunvericiliyə baxılacaq, kifayət qədər qanunvericiliyə dəyişiklik olunub, uyğunlaşdırılacaq. Yeni bir sistem əsasında da bələdiyyə seçkiləri keçiriləcək".
Xankəndidə bələdiyyə yaradılacaq - Seçkilərin keçirilməsi gündəmdədir



Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Kamran Bayramov işğaldan azad edilmiş ərazilərimizdə də bələdiyyə seçkilərinin keçirilməsinin gözlənildiyini bildirib:



"Yerli idarəetmə hüququ həm bizim konstitusiyamızda, həm də bələdiyyə qanunlarında nəzrədə tutulub. Amma burada bir məsələ var ki, bələdiyyələrin formalaşması üçün bir sıra şərtlər olmalıdır. Həmin ərazinin inzibati ərazi bölgüsünün aparılıb, dəqiqləşdirilməsi, bələdiyyənin formalaşdırılması üçün həm də səsverənlərin olması lazımdır. Hələki Xankəndidə yalnız erməni əhalisi yaşayır. Amma bələdiyyələrin formalaşması üçün bizim də sakinlərimizin oraya köçürülməsi, eloktoratın müəyyən olunması, demoqrafik qeydiyyatın aparılması zəruridir. Nəzərə almalıyıq ki, işğaldan azad olunmuş ərazilərdə, eyni zamanda Rusiya sülhməramlılarının müvəqqəti olaraq məsuliyyət zonasında yerləşən yerlərdə bu günə qədər bələdiyyələr mövcud olmayıb. Bu, həmin ərazilər üçün yeni təcrübə olacaq. Buna da böyük məsuliyyətlə, hazırlıqla yanaşmaq lazımdır. Düşünürəm ki, bütün bu addımlar görüldükdən sonra biz orada bələdiyyələrin formalaşıb, fəaliyyətə başlamasından danışa bilərik".
Xankəndidə bələdiyyə yaradılacaq - Seçkilərin keçirilməsi gündəmdədir
Deputat vurğulayıb ki, işğaldan azad olunmuş ərazilərdə bələdiyyə institutunun yaranıb, fəaliyyətə başlaması bələdiyyələrin statusunun yüksəldilməsinə töhfə verə bilər:



"Bu gün qanunvericiliyə əsasən bələdiyyələrin kifayət qədər geniş səlahiyyətləri var. Bəli, qanunvericilikdə müəyyən çətinliklər və boşluqlar var. Bu da təbii haldır. Qanunvericiliyin təkmilləşdirilməsi və uyğunlaşdırılması istiqamətində Milli Məclis tərəfindən tədbirlər görülür. Hazırda ölkədə mövcud olan bələdiyyələrin birləşdirilməsi və gücləndirilməsi dövrün tələbidir. Düşünürəm ki, yaxın vaxtlarda bələdiyyələrin birləşdirilməsinin şahidi olacağıq. Çünki belə bir təcrübə mövcuddur. 2014-cü ildə belə proses gedib. Azərbaycanda bələdiyyələrin yarandığı ilk vaxtda sayları 2700-dən çox idi. Həyata keçirilmiş birləşmə prosesi nəticəsində onların sayı 1606-ya enib. Yenə də say çoxdur. Bu da bələdiyyələr tərəfindən idarəetmənin həyata keçirilməsi, hər hansı işlərin görülməsi sahəsində müəyyən problemlər yaradır. İşğaldan azad olunmuş ərazilərdə bələdiyyə institutunun yaranıb, fəaliyyətə başlaması bələdiyyələrin statusunun yüksəldilməsi, səlahiyyətlərinin daha dəqiq tənzimlənməsi, eləcə də cəmiyyətdə nüfuzunun artmasına töhfə verə bilər. Eyni zamanda onların iqtisadi və maliyyə potensialının güclənməsinə də bu proses təkan verə bilər".

Oxunub: 342
Paylaş:
Digər xəbərlər

Gündəm

3-12-2022, 17:10

Azərbaycan dövlət qurumlarının əməkdaşları Xankəndidə - YENİLƏNİB

Gündəm

7-07-2021, 15:51

Xankəndi, Xocalı və Xocavənd məsələsi RƏSMƏN BİTDİ

Cəmiyyət

22-09-2023, 15:05

Döyüş meydanında qalan meyitləri sülhməramlılar toplayırlar - Prezidentin köməkçisi

Gündəm

30-09-2023, 08:05

Yevlaxda nələr müzakirə olundu... - Rəsmilər Xankəndiyə gedir

Gündəm

27-09-2023, 09:55

Üçtərəfli bəyanatın 4-cü bəndi icra edildi, qaldı 9-CU BƏND

Şou Biznes
Tiktoker Müjgan həbs edildi
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Loqo ✕ RamazanGÜNDƏMSİYASƏTSOSİALMEDİAHADİSƏİQTİSADİYYATMƏDƏNİYYƏTİDMANCOP29DÜNYAMARAQLITƏHLİLDİGƏRHAQQIMIZDAƏLAQƏPEŞƏ ETİKASI “Bu siyahıda yaddan çıxan müğənnilər var”
Mədəniyyət
19-08-2026, 09:20
Qarabağ və Şərqi Zəngəzurda 130 abidə inventarlaşdırılmayıb - RƏSMİ
18-08-2026, 16:47
Prezident təqaüdçüləri ailə qururlar
24-07-2026, 13:58
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
31-03-2026, 17:04
Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA
30-03-2026, 22:20
Elnur Ağdamlının 30 illik sənət yolu Sumqayıtda yüksək səviyyədə qeyd edildi
30-03-2026, 08:38
Laçında ilin ən böyük turizm layihələrindən biri reallaşır
Hadisə
28-08-2026, 09:53
Bakıdakı küləyə görə ayağı sınan, əli kəsilən var
24-08-2026, 15:49
34 yaşlı mühafizəçinin meyiti aptekdə tapıldı
21-08-2026, 09:00
Gürzəni öldürən Neftçala sakini özü də öldü
Son xəbərlər
  • Bugün, 11:54
    Prezident Qırğızıstanda səfərdədir
  • Bugün, 11:31
    DYP-dən sürücülərə xəbərdarlıq
  • Bugün, 11:06
    Azərbaycanın coğrafi üstünlüyü: Bakı ŞƏT üçün kritik önəmlidir
  • Bugün, 10:51
    İlham Əliyev Şimali Kiprin Prezidentinə başsağlığı verdi
  • Bugün, 10:42
    Azərbaycanda 1,1 milyon insanın pensiyası artırılacaq
  • Bugün, 10:19
    Pezeşkianla Paşinyan Qırğızıstana getdi
  • Bugün, 10:10
    Xark adasını parça-parça edirlər - Tramp görüntüləri yaydı
  • Bugün, 10:08
    Müəllimlərin təkrar sertifikasiyası BAŞLAYIR
  • Bugün, 10:03
    Prezident Qırğızıstana gedəcək - GÖRÜNTÜ
  • Bugün, 09:01
    Yasamal sakinlərinin nəzərinə!
  • Bugün, 08:58
    Ata-anası “Sədərək”dən cehiz almağa getdi - 17 yaşlı qız sığınacağa qaçdı
  • Bugün, 08:56
    İki qardaş ölkənin baş diplomatları görüşdü
  • Bugün, 08:53
    Avtomobillərin qiyməti artacaq?
  • Bugün, 08:51
    Deputatdan Zelenskiyə gözlənilməz məsləhət
  • 28-08-2026, 14:58
    Nigar Fərhad sərbəst buraxıldı
  • 28-08-2026, 14:18
    Qurban Qurbanov bacarmadığını etiraf etməlidir - POLEMİKA
  • 28-08-2026, 14:02
    SOCAR prezidentinə yeni müşavir təyin olundu
  • 28-08-2026, 11:49
    Mənim Prezidentim İlham Əliyevin 2026-cı il avqustun 23-də Özbəkistana dövlət səfəri zamanı Azərbaycan–Özbəkistan münasibətlərinin strateji xarakterini bir daha nümayiş etdirdi.
  • 28-08-2026, 10:46
    Ödənişli universitetə qəbul olunsa da, bu şəxslər təhsil haqqı ÖDƏMƏYƏCƏK
  • 28-08-2026, 10:01
    Ali məktəbərin boş qalan yerlərinə ixtisas seçimi BAŞLADI
  • 28-08-2026, 09:53
    Bakıdakı küləyə görə ayağı sınan, əli kəsilən var
  • 28-08-2026, 09:50
    Daxili İşlər Nazirliyi kirayə ev axtaran tələbələrə müraciət etdi
  • 28-08-2026, 09:29
    Bəs “vaxtı gələndə” nə deməkdir?
  • 28-08-2026, 09:27
    Ermənistanda 3 nazirliyin adı dəyişdirildi
  • 28-08-2026, 09:24
    Daşqın nəticəsində ölənlərin sayı 500-ə çatır
  • 28-08-2026, 09:22
    İlin son Ay tutulması başlayıb
  • 28-08-2026, 09:20
    UEFA reytinqində Azərbaycanın mövqeyi
  • 28-08-2026, 09:18
    7 ölkə İrana görə İstanbulda toplaşır - kritik görüş
  • 27-08-2026, 16:22
    Prezident “Sabah”a 5 milyon pul ayırdı
  • 27-08-2026, 16:06
    Müasir Azərbaycan cəmiyyətində qadın ziyalı obrazını ləyaqətlə təmsil edən Mina Şirinova (Minə Aqil), həm təhsil rəhbəri, həm də istedadlı qələm sahibi kimi tanınır
  • 27-08-2026, 12:03
    Məktəbli geyimlərin qiyməti aşağı salındı - SATIŞ ÜNVANLARI
  • 27-08-2026, 11:29
    Nepaldakı sel fəlakətində 1 500 insan itkin düşüb
  • 27-08-2026, 10:28
    Rayonlara leysan yağıb - FAKTİKİ HAVA
  • 27-08-2026, 10:23
    Son 20 ildə Bakıya 200 milyard dollar xərclənib? - Açıqlama
  • 27-08-2026, 10:00
    Bu gün püşkatmadır - “Sabah”ın rəqibləri bəlli olacaq
Daha çox
28-08-2026, 11:49
Mənim Prezidentim İlham Əliyevin 2026-cı il avqustun 23-də Özbəkistana dövlət səfəri zamanı Azərbaycan–Özbəkistan münasibətlərinin strateji xarakterini bir daha nümayiş etdirdi.
26-08-2026, 16:12
26 Avqust - Laçın Şəhəri Günü: “Tarixi ədalətin təntənəsi” mövzusunda tədbir keçirilib
24-08-2026, 19:30
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Bərdə rayonunda keçirildi. 24.08.2026
26-08-2026, 15:45
Laçın Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirildi. 26.08.2026
25-08-2026, 17:52
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Mincəçevir şəhərində keçirildi. 25.08.2026
26-08-2026, 12:43
Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın doğum günüdür!
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə