Bu gün saat 09 radələrində paytaxtın Nərimanov rayonunda partlayış baş verib.
Məlumata görə, hadisə Əhməd Rəcəbli küçəsindəki plazalardan birində qeydə alınıb.
Hadisə yerinə təcili tibbi yardım briqadaları və FHN-in xilasediciləri cəlb edilib.
Əlavə məlumat veriləcək.
***
FHN-dən bildirilib ki, qurumun 112 qaynar telefon xəttinə Nərimanov rayonunda ofis binalarının birində partlayış baş verməsi barədə məlumat daxil olub. Əraziyə nazirliyin qüvvələri cəlb edilib.