Ötən axşam UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin daha iki oyunu keçirlib.
xebernur.com xəbər verir ki, gecənin ən maraqlı görüşü İtaliyada olub. Son ölkə çempionu "İnter" İngiltərə "Liverpul"unu qəbul edib. Oyun qonaqların qələbəsi ilə başa çatıb - 2:0.
Digər görüşdə Almaniyanın "Bavariya" klubu Avstriyada "Zaltsburq"la qarşılaşıb. Hesabı meydan sahibləri açsa da, almanlar 90-cı dəqiqədə Kinqsli Komanın qolu ilə məğlubiyyətdən xilas olublar - 1:1.
UEFA Çempionlar Liqası, 1/8 final
İlk oyunlar
16 fevral
"İnter" (İtaliya) - "Liverpul" (İngiltərə) - 0:2
"Zalsburq" (Avstriya) - "Bavariya" (Almaniya) - 1:1
22 fevral
00:00. "Çelsi" (İngiltərə) - "Lill" (Fransa)
00:00. "Vilyarreal" (İspaniya) - "Yuventus" (İtaliya)
23 fevral
00:00. "Benfika" (Portuqaliya) - "Ayaks" (Niderland)
00:00. "Atletiko" (İspaniya) - "Mançester Yunayted" (İngiltərə)