Yeni Azərbaycan Partiyasının (YAP) deputatı Ziyafət Əsgərovun Milli Məclisin sədrinin müavini postuna namizədliyi irəli sürülüb.
Məlumata görə, YAP onun namizədliyini dəstəkləyib.
Ziyafət Əsgərov əvvəlki çağırışlarda Milli Məclisin sədrinin müavini olub.
Qeyd edək ki, Milli Məclisin sədr müavinlərinin sayı 3-dən 4-ə qaldırılıb. Sədr müavini postuna Əli Əhmədovun, Rafael Hüseynovun və Musa Qasımlının namizədliyi irəli sürülüb.
Hakim partiyanın Milli Məclisin sədri postuna namizədi isə Sahibə Qafarovadır.