“Bizim Azərbaycana hücum etmək üçün heç bir səbəbimiz yoxdur. Biz siyasi müstəvidə daha bir hüquqi addım atdıq və Almatı bəyannaməsi əsasında bir-birimizin ərazi bütövlüyünü qarşılıqlı olaraq tanıdıq. Razılaşmaya əsasən, parlament demarkasiya komissiyalarının birgə fəaliyyətinin reqlamentini ratifikasiya edib və yaxın vaxtlarda növbəti bölmədə qarşılıqlı razılaşma əsasında delimitasiya prosesinə başlamalıyıq”.
Ermənistan KİV-nə istinadən xəbər verilir ki, bunu baş nazir Nikol Paşinyan ölkə parlamentində bəyan edib.
"Bu mənada mən Ermənistanın regionda sabitliyi pozmağa yönəlmiş istənilən hərəkətini istisna edirəm”, - Pişinyan əlavə edib.
O bildirib ki, indi Ermənistanın daxili gündəmində bir məsələ var: ölkənin gələcək inkişafı.