Xəbər verdiyimiz kimi, müğənni Mətanət Əsədova illərdir səhhətində yaranan problemə görə ötən gün əməliyyat olunmuşdu. Bu gün isə mediada ifaçının komaya düşdüyü haqda məlumatlar yayılıb.
Sənətçinin köməkçisi Axşam.az-a açıqlamasında onun komada olmadığını bildirib. Bildirilib ki, hazırda onun səhhəti yaxşıya doğru gedir:
"İynə vurulub, hazırda yatır. Səhhəti yaxşıya doğru gedir".
Qeyd edək ki, ötən gün xəstəxanadan sənətçinin vəziyyətinin ağır olduğu bildirilmişdi.