• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Xalqın ağır günündə Zeynəb Xanlarova niyə susur? - MÜSAHİBƏ

Cəmiyyət

2-04-2020, 17:53

Məlum olduğu kimi, ölkədə koronavirus pandemiyası ilə bağlı Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb ki, hazırda minlərlə insan tərəfindən Fonda ianə köçürmələri davam edir.

Amma təəssüflər olsun ki, hələ də bir çox zəngin azərbaycanlının adı bu siyahıda yoxdur. Tanınmış hüquqşünas Aslan İsmayılov özünün Facebook səhifəsində belə zənginlərə çağırış edərək, Araz Ağalarov, Vahid Ələkbərov və b. bu kimi milyarderlərin adını çəkib. Biz də belə bir təşəbbüsün tam tərəfdarıyıq və bir müddət öncə adı mediada xarici xeyriyyə fondunun yaradılmasında hallanan dünya şöhrətli Zeynəb Xanlarovanın da həmin siyahıda yer almasını məqbul hesab edirik.

Nədənsə martın 18-də Bakıda keçirilməsi planlaşdırılan və koronavirus səbəbindən təxirə salınan təntənəli konserti öncəsi geniş reklam olunan xalq artistinin bu ağır günlərdə səs-sorağı gəlmir. Bu isə təbii olaraq cəmiyyətdə bir sıra suallar doğurur.

KONKRET.az bu suallara məsələyə həssas mövqeyi ilə seçilən Aslan İsmayılovla aydınlıq gətirəcək. Beləliklə…

– Aslan müəllim, sizcə, nə üçün Zeynəb Xanlarova bu ağır günlərdə səssiz qalıb?

– Öncəliklə deyim ki, mən imkanı olan hər kəsin bu çağırışa qoşulmasını istəyirəm. Fərq etməz, mənim doğma bacım, qardaşım, dostum olsun – imkanı olan hər kəsin bu xeyirxah işə qoşulmamağına çox pis yanaşıram. Mən özüm də Fonda ianə etmişəm.

– Nədən Zeynəb xanıma çağırış etmirsiniz? Axı bir müddət öncə onun adının hansısa xeyriyyə fondunda hallandığını da bilirsiniz…

– Zeynəb xanımla mənim adımın o fondda hallandırılmasını həyata keçirən yaramaz, murdar xislətli adamlar idi. Deyim niyə? Onlar bütün Azərbaycana yaydılar ki, Aslan İsmayılov Zeynəb Xanlarovanın çirkli pullarının yuyulmasını həyata keçirir. Mən də o vaxt bununla bağlı açıqlama verdim. Bir daha açıqlayıram. O söhbət belə olmuşdu. 2012-ci ildə Zeynəb xanım Amerikada olanda mənə telefon açdı ki, Nyu-Yorkda onun konsertidir. Və bakılı yəhudliər ona Azərbaycana yardım etmək üçün fond yaratmağı təklif edirlər. Zeynəb xanım da mənimlə məsləhətləşdi ki, bunu necə etmək olar? O elə bilirdi ki, mən hüquqşünas kimi bunu edə bilərəm. Mən də ona dedim ki, bunu edə bilmərəm. Amma Amerikada hüquqşünas dostlarım var. Onlara deyərəm. Beləcə Amerikada vəkil büroları olan tanıdığım bir hüquqşünasa zəng edib xahiş elədim və onları görüşdürdüm. Və həmin adam o fondu yaratdı. Mən fondun nizamnaməsini də paylaşmışam. Nizamnamədə yazılır ki, – o murdar xislətli adamların yaydığı kimi yox, – ora olan ianələr Azərbaycana yardım ediləcək, Amerika vətəndaşlarına yox. Beləcə fond yaradılanda həmin dostum təsisçi kimi sənədlərə özünün, mənim və orada olan David Yusifov adlı bir yəhudinin adını yazdırdı. Fonda birinci köçürmə isə 10 min dollar olub. Həmin vaxt vəkil dostum mənə zəng elədi ki, bu 10 min dollar nə puludur? Mən bundan xəbərsiz olduğumu bildirdim və dedim ki, bununla bağlı Zeynəb Xanlarova ilə maraqlansın. O da Zeynəb xanıma zəng edib maraqlananda məlum olub ki, onun da bu köçürmədən xəbəri yoxdur. Bundan sonra həmin şəxs dərhal o fondun fəaliyyətini dayandırdı. O, bunu nə mənə, nə də Zeynəbə görə etmədi. Hüquqşünas kimi özünün adı sənədlərdə olduğuna görə belə addım atdı. Fikirləşirdi ki, sabah fonda hansısa çirkli pullar köçürülə bilər və o, bunun zərərini çəkər.

– Bununla da fond fəaliyyətini dayandırdı?..

– Bəli, beləcə az bir müddətdən sonra, yəni 2017-ci ildə fondun fəaliyyətinə xitam verildi. Deməyim odur ki, həmin fonda fəaliyyəti dövründə 10 min dollardan başqa bir qəpik pul köçürülməyib. Və həmin pulu da bir yəhudi köçürüb ki, bizim bundan xəbərimiz olmayıb.

İkincisi, belə bir informasiya da yaydılar ki, guya Zeynəb xanımın Amerikada evi var və ora köçüb. Bu da bir yalandır. Və həmin informasiyaya qoyduqları şəkil dostumun ofisidir. O evin Zeynəbə heç bir aidiyyəti yoxdur.

– Yəni Zeynəb xanım hazırda Amerikada yaşamır? Azərbaycandadır?

– O, heç vaxt Azərbaycandan kənara çıxmayıb. Düzdü, mənim təxminən 3-4 ay olar onunla heç bir əlaqəm yoxdur. Çünki başım öz işlərimə qarışıb. Amma prinsip etibarilə yenə deyirəm, həm Zeynəb xanımın, həm də onun kimi imkanlı şəxslərin Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etmələrinin tərəfdarıyam.

– Çox gözəl. Təbii ki, bu, həm də bir vətəndaş mövqeyidir…

– Bəli, bu, belədir. Amma mən bir insan kimi başqa bir məsələyə toxunmaq istəyirəm. Mən bilirəm ki, Zeynəb xanım haqqında kampaniyanı uzun illər aparan Ramiz Mehdiyev və onun dəstəsi olub. Ona görə ki, Zeynəb heç vaxt onlara tabe olmurdu, Prezidentdən başqa heç kimi saymırdı. Onlar da ona görə Zeynəb haqqında az qala ölkəni dağıdan adam imici yaradırdılar. Sual verirəm? Zeynəb ölkədə hansısa bir vəzifədə olubmu?

– Xeyr… Amma adı biznes işlərində hallanıb axı?..

– Bir dəqiqə… Birincisi, o vəzifədə olmayıb. İkincisi, deputat kimi qazanıbmı nəsə? Yəni deputatlıq ona lazım idimi?

– Hər halda Zeynəb xanım heç də imkansız biri deyil…

– Onun ən böyük səhvi deputat olmaq idi. Budəfəki seçkilərdə də ona namizədliyini irəli sürmək təklif ediləndə biz bu barədə danışdıq. Ona dedim ki, mən bunun qəti əleyhinəyəm. Və namizədliyini vermədi. Ona görə ki, Zeynəb Xanlarovaya Milli Məclis lazım deyil. Xətrini istədiyim bir dostum kimi yox, bir insan kimi deməliyəm ki, SSRİ dönəmində Azərbaycanı dünyada tanıdan məhz o olub. Hələ o vaxt ən varlı adamlardan biri olub. Yəni ərəb şeyxlərinin, İran şahlarının hamısı Zeynəbi qarşılayıb, ona milyonluq hədiyyələr bağışlayıblar. Dünya şöhrətli olduğu heç kimə sirr deyil. Amma baxın. İndi ölkəni dağıdan məmurlar, oliqarx biznesmenlər, – hansı ki, kimlərinsə qoltuğu altında milyardlar qazanırlar, – qalıb bir kənarda, bütün ictimaiyyət fokuslanıb Zeynəb Xanlarovaya… Bu, nə qədər ədalətlidir?

– Bütün bunlar bir yana, bu ağır günlərdə xalqı maraqlandıran Zeynəb Xanlarovanın vətəndaş mövqeyidir…

– Bir insan kimi onu bildirirəm ki, mən Zeynəb xanımı imkanlı adam kimi sayıram və hesab edirəm ki, o, Fonda hökmən köçürmə etməlidir. Açığı, edib-etməməyi haqqında məlumatım yoxdur. Bunu dəqiqləşdirərəm.

– Siyahıda adı yoxdur. Bu, dəqiqdir…

– Onda sizə bir şey də deyim. Baxın, son 10-15 ildə toylardan sırf öz peşəsi ilə milyonlar qazanan artistlər var. Hansı ki, onların arasında bir toya 15-20 min manata gedənləri də var. Onlarla heç maraqlanmısınızmı ki, Fonda nə qədər pul köçürüblər?..

– Söhbət ondan gedir ki, biz istəyirik Zeynəb xanım nümunə göstərsin…

– Hə, bax, bu, başqa məsələdir. Yəni bu, xoş niyyətlə olmalıdır, onun üstünə hücum çəkməklə yox… Sizin cavabınız məni tam qane elədi ki, biri var bunu Aygün, Faiq eləyə, biri də var bunu Zeynəb eləyə! O baxımdan bəli, bir ağbirçək, tanınmış sima, Vətəninə, millətinə bağlı adam kimi mütləq yardım etməlidir. Məncə, Azərbaycanda Zeynəb qədər Vətəninə, millətinə bağlı ikinci bir vətəndaş yoxdur…

– Fikrimizcə, xalqın ağır günündə bunu sübut etmək lazımdır…

– Yenə də mən onun bu məsələyə biganə qalacağına inanmıram. Çünki belə məsələlərdə mövqeyini bilirəm.

Xəbərnur

Oxunub: 894
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

24-03-2020, 19:53

Heydər Əliyev Fondu Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb və himayəsindəki müəssisələrə yardım edib

Siyasət

23-03-2020, 17:20

Mehriban Əliyeva bir illik əməkhaqqını Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etdi

Siyasət

20-03-2020, 14:24

YAP Koronavirusla Mübarizəyə Dəstək Fonduna 200 min manat yardım edəcək

Gündəm

17-02-2020, 10:40

Hərə öz sevgilisini gətirib parlamentə salıb” - Sərdar Cəlaloğlu

Cəmiyyət

23-03-2020, 11:13

Müdafiə Nazirliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb

Şou Biznes
Tiktoker Müjgan həbs edildi
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Loqo ✕ RamazanGÜNDƏMSİYASƏTSOSİALMEDİAHADİSƏİQTİSADİYYATMƏDƏNİYYƏTİDMANCOP29DÜNYAMARAQLITƏHLİLDİGƏRHAQQIMIZDAƏLAQƏPEŞƏ ETİKASI “Bu siyahıda yaddan çıxan müğənnilər var”
Mədəniyyət
19-08-2026, 09:20
Qarabağ və Şərqi Zəngəzurda 130 abidə inventarlaşdırılmayıb - RƏSMİ
18-08-2026, 16:47
Prezident təqaüdçüləri ailə qururlar
24-07-2026, 13:58
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
31-03-2026, 17:04
Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA
30-03-2026, 22:20
Elnur Ağdamlının 30 illik sənət yolu Sumqayıtda yüksək səviyyədə qeyd edildi
30-03-2026, 08:38
Laçında ilin ən böyük turizm layihələrindən biri reallaşır
Hadisə
28-08-2026, 09:53
Bakıdakı küləyə görə ayağı sınan, əli kəsilən var
24-08-2026, 15:49
34 yaşlı mühafizəçinin meyiti aptekdə tapıldı
21-08-2026, 09:00
Gürzəni öldürən Neftçala sakini özü də öldü
Son xəbərlər
  • Bugün, 12:14
    Qırğızıstan ŞƏT-də sədrliyi Pakistana təhvil verdi
  • Bugün, 11:10
    Müttəfiqliyə aparan yol: Azərbaycan-Qırğızıstan münasibətlərinin FOTOXRONİKASI
  • Bugün, 11:08
    Ceyhun Bayramov Əraqçı ilə görüşdü
  • Bugün, 10:46
    Bakıda aylıq normanın 5 qatından çox yağış yağdı
  • Bugün, 10:43
    Bakıdan sonra İrəvan COP tədbiri keçirməyə hazırlaşır
  • Bugün, 10:29
    Deputatımız ABŞ-ə gedir
  • Bugün, 10:19
    İrana qarşı nüvə silahından istifadə edilməyəcək - Tramp
  • Bugün, 10:15
    Qardaş ölkələr bu dəfə meydanda rəqibdir
  • Bugün, 09:56
    Hikmət Hacıyevlə Alen Simonyan görüşüb
  • Bugün, 09:53
    İlham Əliyev Ərdoğanla görüşdü - GÖRÜNTÜ
  • Bugün, 09:50
    Modern.az 17 yaşında!
  • Bugün, 09:45
    Azərbaycan–Ermənistan münasibətlərində sülh gündəliyi yeni mərhələyə keçir.
  • Dün, 16:02
    Çinin Baş prokuroru Azərbaycanda işgüzar səfərdədir
  • Dün, 11:54
    Prezident Qırğızıstanda səfərdədir
  • Dün, 11:31
    DYP-dən sürücülərə xəbərdarlıq
  • Dün, 11:06
    Azərbaycanın coğrafi üstünlüyü: Bakı ŞƏT üçün kritik önəmlidir
  • Dün, 10:51
    İlham Əliyev Şimali Kiprin Prezidentinə başsağlığı verdi
  • Dün, 10:42
    Azərbaycanda 1,1 milyon insanın pensiyası artırılacaq
  • Dün, 10:19
    Pezeşkianla Paşinyan Qırğızıstana getdi
  • Dün, 10:10
    Xark adasını parça-parça edirlər - Tramp görüntüləri yaydı
  • Dün, 10:08
    Müəllimlərin təkrar sertifikasiyası BAŞLAYIR
  • Dün, 10:03
    Prezident Qırğızıstana gedəcək - GÖRÜNTÜ
  • Dün, 09:01
    Yasamal sakinlərinin nəzərinə!
  • Dün, 08:58
    Ata-anası “Sədərək”dən cehiz almağa getdi - 17 yaşlı qız sığınacağa qaçdı
  • Dün, 08:56
    İki qardaş ölkənin baş diplomatları görüşdü
  • Dün, 08:53
    Avtomobillərin qiyməti artacaq?
  • Dün, 08:51
    Deputatdan Zelenskiyə gözlənilməz məsləhət
  • 28-08-2026, 14:58
    Nigar Fərhad sərbəst buraxıldı
  • 28-08-2026, 14:18
    Qurban Qurbanov bacarmadığını etiraf etməlidir - POLEMİKA
  • 28-08-2026, 14:02
    SOCAR prezidentinə yeni müşavir təyin olundu
  • 28-08-2026, 11:49
    Mənim Prezidentim İlham Əliyevin 2026-cı il avqustun 23-də Özbəkistana dövlət səfəri zamanı Azərbaycan–Özbəkistan münasibətlərinin strateji xarakterini bir daha nümayiş etdirdi.
  • 28-08-2026, 10:46
    Ödənişli universitetə qəbul olunsa da, bu şəxslər təhsil haqqı ÖDƏMƏYƏCƏK
  • 28-08-2026, 10:01
    Ali məktəbərin boş qalan yerlərinə ixtisas seçimi BAŞLADI
  • 28-08-2026, 09:53
    Bakıdakı küləyə görə ayağı sınan, əli kəsilən var
  • 28-08-2026, 09:50
    Daxili İşlər Nazirliyi kirayə ev axtaran tələbələrə müraciət etdi
Daha çox
28-08-2026, 11:49
Mənim Prezidentim İlham Əliyevin 2026-cı il avqustun 23-də Özbəkistana dövlət səfəri zamanı Azərbaycan–Özbəkistan münasibətlərinin strateji xarakterini bir daha nümayiş etdirdi.
26-08-2026, 16:12
26 Avqust - Laçın Şəhəri Günü: “Tarixi ədalətin təntənəsi” mövzusunda tədbir keçirilib
26-08-2026, 15:45
Laçın Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirildi. 26.08.2026
26-08-2026, 12:43
Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın doğum günüdür!
26-08-2026, 14:40
Azərbaycan Texnologiya Universitetinin dekanı Fazil müəllim Mehriban xanım Əliyevanı ad günü münasibətilə təbrik edir
28-08-2026, 09:50
Daxili İşlər Nazirliyi kirayə ev axtaran tələbələrə müraciət etdi
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə