Təqvim: Miladi 26 avqust 2026 — Hicri 13 Rəbiüləvvəl 1448 Zamanın gərdişində hər gün bir hikmət, hər an bir ilahi təqdir gizlənmişdir. Haqqın rizasını qazanmaq, xalqına və vətəninə təmənnasız xidmət etmək fani ömrü baqi bir şərəfə çevirən ali mənəviyyat məqamıdır. Uca Yaradanın insan ömrünə bəxş etdiyi ən böyük lütf — başqalarının qəlbinə nur saçmaq, mərhəməti əmələ çevirməkdir. Bu işıqlı prinsiplər çərçivəsində təqvimimiz bu gün iki böyük sevinci və mənəvi bayramı bir arada yaşayır.
Bu gün Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın doğum günüdür (26 Avqust 1964). Mehriban xanımın ömür yolu — şəfqət, ehsan, hikmət və ali bəşəri dəyərlər risaləsidir. İrfani təfəkkürdə insan ruhunun ən uca pilləsi başqalarının dərdinə şərik olmaq, xeyirxahlığı həyat fəlsəfəsinə çevirməkdir. Heydər Əliyev Fondunun fəaliyyətində təcəssüm edən bu mənəvi missiya sayəsində neçə-neçə ehtiyac sahibinin qəlbinə ümid işığı çilənmiş, mədəni-mənəvi irsimiz ihya olunmuş, qazi və şəhid ailələrimizin yaralarına şəfqətlə məlhəm qoyulmuşdur. Bu fəaliyyət yalnız dövlətçilik məsuliyyəti deyil, vicdanın ehsanla, əməlin imabla bütünləşdiyi mənəvi bir xidmət örnəyidir. Bu mübarək günün ikinci sevinci isə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) yaranmasının 32-ci ildönümünə təsadüf edir. 32 il öncə təməli qoyulan bu birlik — Vətənə sədaqətin, şücaətin və əhdə vəfalılığın təşkilatlanmış mənəvi qalasıdır. «Vətən sevgisi imandandır» həqiqətini bayraq edən veteranlarımız, bu torpağın şərəfini canı və qanı bahasına qoruyan müqəddəs ənənənin daşıyıcılarıdır. AVMVİB ötən 32 ildə veteranların haqq səsini ucaltmış, gənc nəsildə milli ruhu, vətənpərvərlik və məfkurə dərinliyini aşılamışdır.
Bu şərəfli yol — torpaq uğrunda canından keçən şəhidlərimizin ruhuna dərin ehtiramın, qazilərimizin fədakarlığına verilən ali mənəvi qiymətin təzahürüdür. AVMVİB-nin Neftçala rayon şöbəsi olaraq, bu iki əlamətdar gün münasibətilə Uca Rəbbimizə münacat edir, dualarımızı dərgaha ucaldırıq: Ya Rəbb! Dövlətimizi, xalqımızı və müqəddəs Vətənimizi hər türlü bəladan hifz eylə. Birinci Vitse-Prezidentimiz Mehriban xanım Əliyevaya can sağlığı, bərəkətli ömür, xalqımızın və dövlətimizin rifahı naminə ali fəaliyyətində ilahi hikmət və müvəffəqiyyətlər bəxş et. Veteranlarımıza sağlam və şərəfli ömür, keçmişdən gələcəyə körpü olan birliyimizə daimi əzm d diləyirik. Şəhidlərimizin əziz ruhları şad, zəfərimiz əbədi olsun!
Fazil Kərimov : Azərbaycan Texnologiya Universitetinin "İqtisadiyyat və idarəetmə"fakültəsinin dekanı