
Azərbaycan–Ermənistan münasibətlərində sülh gündəliyi yeni mərhələyə keçir.
Prezident İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü Azərbaycan–Ermənistan münasibətlərində əldə olunan razılaşmaların praktiki müstəvidə davam etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Görüşdə Vaşinqtonda əldə olunmuş tarixi razılaşmalar, sülh sazişinin razılaşdırılmış mətninin paraflanması və iki ölkə arasında dövlətlərarası münasibətlərin normallaşdırılması istiqamətində atılan addımların əhəmiyyəti xüsusi vurğulanıb.
Xüsusilə diqqətçəkən məqam ondan ibarətdir ki, sülh artıq yalnız siyasi bəyanatlarla məhdudlaşmır.
Azərbaycan neft məhsullarının Ermənistana ixracı, tranzit imkanlarının genişlənməsi, ticarət və iqtisadi əlaqələrin qurulması sülhün real və praktiki nəticələrinin formalaşdığını göstərir.
TRIPP layihəsi, sərhədlərin delimitasiyası, iqtisadi və enerji əməkdaşlığının genişləndirilməsi isə regionda yeni bağlantıların və qarşılıqlı faydalı münasibətlərin yaranmasına mühüm imkanlar açır.
Ən vacib məqam isə liderlərin birbaşa təmasları davam etdirmək və əldə olunan razılaşmaları möhkəmləndirmək barədə razılığa gəlməsidir.
Bu, Cənubi Qafqazda uzunmüddətli və davamlı sülhün təmin olunması istiqamətində mühüm siyasi iradənin göstəricisidir.
Sülhün ən böyük göstəricisi sözlər deyil, xalqların həyatında hiss olunan real nəticələrdir.
Azərbaycan–Ermənistan münasibətlərində baş verən son proseslər məhz bu baxımdan xüsusi əhəmiyyət daşıyır.
Tural Bagirov
YAP Qəbələ rayon fəalı