12 dekabr – Ümummilli Lider Heydər Əliyevin anım günü münasibətilə Qaradağ Rayonunun Səngəçal qəsəbəsində yerləşən şəhid Fəzail Qədimov adına 222 saylı tam orta məktəbdə tədbir məktəbin direktoru Aynurə Abdullayeva tərəfindən təşkil olunub.
Tədbir çərçivəsində Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib, müəllim və şagirdlər tərəfindən ədəbi-bədii kompozisiya təqdim edilib. Direktor Aynurə Abdullayeva çıxışı zamanı Heydər Əliyevin Azərbaycan dövlətçiliyinə verdiyi tarixi töhfələrdən və onun irsinin bu gün də ölkənin inkişafında mühüm rol oynadığından danışıb.
