İranın ABŞ və İsrail tərəfindən bombalanması, eləcə də ali dini rəhbərin öldürülməsi Azərbaycan ictimaiyyətində narahatlıq yaradıb.
Güloğlan Cabbarov özünün Facebook hesabında yayımladığı paylaşımda bildirib ki, Azərbaycan sülhsevər bir ölkədir və illərlə işğal və zülmə məruz qalmış, bir milyondan çox qaçqın və məcburi köçkünü olan bir xalq kimi hərbi müdaxilələri sərt şəkildə qınayır.
O, həmçinin xatırladıb ki, İran uzun illər ərzində Naxçıvanla əlaqəni təmin edən 40 kilometrlik yol məsələsi ilə bağlı sərhədlərdə hərbi təlimlər keçirib və bu ritorika hələ də yaddaşlardan silinməyib. Cabbarov vurğulayıb ki, Azərbaycan heç kimin müharibə aparmasını istəmir, lakin ölkəyə qarşı sərt və əsassız bəyanatlar da yolverilməzdir.
“Ən doğru yol sülh, qarşılıqlı hörmət və mehriban qonşuluq münasibətləridir”, deyə o qeyd edib.