Qaziyə qarşı sərt addım – Goranboyda icra hakimiyyəti məhkəməyə üz tutdu
Goranboy rayonunda baş verən hadisə ciddi narazılıq doğurub. Rayon sakini, qazi Sərdar Həsənov Rüstəm oğlu yol-nəqliyyat hadisəsi zamanı icra hakimiyyətinin balansında olan işıq dirəyini aşırıb.
Lakin hadisədən sonra baş verənlər cəmiyyətdə suallar yaradıb. Belə ki, qazi barəsində məhkəməyə müraciət olunaraq ondan 1500
manat məbləğində ziyanın ödənilməsi tələb edilib. Bununla kifayətlənməyərək, sürücülük vəsiqəsi olmadığı üçün əlavə 500 manat cərimə də tətbiq olunub.
İddialara görə, Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev məsələyə birbaşa müdaxilə edərək qazinin məhkəməyə verilməsinə göstəriş verib.
Bu yanaşma ictimaiyyətdə ciddi etirazlara səbəb olub. Qazilərə bu cür münasibətin nə dərəcədə ədalətli olduğu sual altına düşür.