• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Azərbaycanlı eks-deputat Moskvada 2 mehmanxana tikir – DETALLAR

Cəmiyyət

9-08-2021, 12:45

Azərbaycanlı eks-deputat Moskvada 2 mehmanxana tikir – DETALLARAzərbaycanın ən böyük arqoholdinqlərindən sayılan “Karat Holding” Moskvanın cənubunda yerləşən Taqanski rayonunda mehmanxana inşa edəcək.

Rusiya KİV-nə istinadən xəbər verilir ki, "Karant Holding" Taqanski rayonunun Böyük Poluyaroslavk döngəsində yerləşən və“Vasili Osipoviç Krasavin və qardaşları” ticarət birliyinə məxsus binanı demontaj edir. Onun yerində sahəsi 11,3 min kvadrat metr olacaq apartament tipli mehmanxananın inşası planlaşdırılır.



Paralel olaraq, “Karat Holding” Moskvanın Nikoloyamskaya 11 küçəsində yerləşən “Bernikov” biznes mərkəzini 1,47 milyard rubl (21,3 milyon dollar) qarşılığında satın alıb. Rusiya paytaxtının mərkəzində yerləşən və 17 min kvadrat metr sahədə yerləşən biznes-mərkəzinin yeni sahibi tərəfindən 200-250 nömrəlik otelə çevriləcəyi açıqlanır.


"Karat Holding"in Stavropol diyarının Yessentuki şəhərində “Voronej” və “İstoçnik” sanatoriyalarına da sahib olduğu xəbər verilir. Şirkət 2017-ci ildə Kislovodsk şəhərində yerləşən “Akademiçeskiy” sanatoriyasına 25 milyon dollar sərmayə yatırıb. Holdinq Moskva vilayətində yerləşən Podolsk çörək və un məmulatları zavodunun da əsas səhmdarıdır.


Qeyd edək ki, "Karat Holding" MMC 2006-cı ildə Əsabil Qasımov tərəfindən yaradılıb.

2010-cu ildə 79 saylı İmişli seçki dairəsindən Milli Məclisin deputatı seçildikdən sonra Əsabil Qasımov biznes imperiyasını öz yaxınlarına tapşırmışdı.

O deputat olduğu müddətdə də holdinqə daxil olan şirkətlərin əksəriyyətində pay sahibi kimi “Karat Holding”ə ümumi nəzarəti həyata keçirdiyi bildirilirdi.

"Karat Holding"ə tikinti, qida, sənaye, turizm və ticarət sahəsində ixtisaslaşmış - "Karat" MTK, "İdeal" MMC, "İzmir" MMC (tikinti şirkətləri); "Azinvest" Tikinti Şirkəti; "Everest-M", "Şin Servis" (armatur alğı-satqısı); "Karmen" MMC (dəyirman və un alğı-satqısı); Hökməlidə Makaron Fabriki, Hökməlidə Kisə Fabriki; ASTEL MMC (Məhəmmədi, Mehdiabad və Şamaxıda Quşçuluq Fabrikləri), Taxıl Anbarları və Dəyirman Kompleksləri (Şəkidə, Kürdəmirdə, Marneulidə və Gürcüstanın müxtəlif bölgələrində); Gəncə Fatoğlu (un dəyirmanı); Bakı şəhəri Zərifə Əliyeva küçəsində 18 mərtəbəli iki "Marina Plaza" oteli; Zərifə Əliyeva küçəsində ikimərtəbəli restoran; Bakı şəhəri Səməd Vurğun küçəsində "Ağ Saray" Binası; Bakı şəhəri Xan Şuşinski küçəsi 12, İmran Qasımov küçəsi 16, Qulu Quliyev küçəsi 21, Süleyman Rüstəm küçəsi 61-də yerləşən 18 mərtəbəli dörd bina; İzmir küçəsi 7A və 7B-də yerləşən 19 mərtəbəli iki bina; Zərifə Əliyeva küçəsi 53-də yerləşən 23 mərtəbəli bir bina, Süleyman Rüstəm küçəsi 61-də yerləşən "Premium Market" daxildir.


Əsabil Qasımovun oğlu Elçin Qasımov 2019-cu ilin yanvarında İsveçrədə xizək sürən zaman yıxılaraq həyatını itirmişdi.

Əsabil Qasımov 2020-ci ildə Milli Məclisə keçirilən növbədənkənar seçkilərə getmədi, əvəzində 79 saylı İmişli seçki dairəsindən qızının namizədliyini irəli sürdü... Amma nə özü, nə də qızı deputat ola bilmişdi

Oxunub: 616
Paylaş:
Digər xəbərlər

İqtisadiyyat

27-02-2020, 11:06

Qarsda logistika mərkəzi nə vaxt açılacaq?

Siyasət

30-05-2020, 12:28

Cəbhədə növbəti təxribat: mövqelərimiz minaatanlardan və snayperlərdən atəşə tutuldu

Dünya

7-11-2019, 16:17

Tibb mərkəzinin sahibi azərbaycanlı sevgilisini güllələdi (FOTOLAR)

Gündəm

9-02-2021, 23:55

Milli Şuranın üzvü Gültəkin Hacıbəylinin bahalı başınları və mülklərinin siyahısı

Gündəm

23-06-2020, 14:55

Cəbhədən XƏBƏR VAR

Şou Biznes
Tiktoker Müjgan həbs edildi
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Loqo ✕ RamazanGÜNDƏMSİYASƏTSOSİALMEDİAHADİSƏİQTİSADİYYATMƏDƏNİYYƏTİDMANCOP29DÜNYAMARAQLITƏHLİLDİGƏRHAQQIMIZDAƏLAQƏPEŞƏ ETİKASI “Bu siyahıda yaddan çıxan müğənnilər var”
Mədəniyyət
19-08-2026, 09:20
Qarabağ və Şərqi Zəngəzurda 130 abidə inventarlaşdırılmayıb - RƏSMİ
18-08-2026, 16:47
Prezident təqaüdçüləri ailə qururlar
24-07-2026, 13:58
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
31-03-2026, 17:04
Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA
30-03-2026, 22:20
Elnur Ağdamlının 30 illik sənət yolu Sumqayıtda yüksək səviyyədə qeyd edildi
30-03-2026, 08:38
Laçında ilin ən böyük turizm layihələrindən biri reallaşır
Hadisə
28-08-2026, 09:53
Bakıdakı küləyə görə ayağı sınan, əli kəsilən var
24-08-2026, 15:49
34 yaşlı mühafizəçinin meyiti aptekdə tapıldı
21-08-2026, 09:00
Gürzəni öldürən Neftçala sakini özü də öldü
Son xəbərlər
  • Bugün, 12:14
    Qırğızıstan ŞƏT-də sədrliyi Pakistana təhvil verdi
  • Bugün, 11:10
    Müttəfiqliyə aparan yol: Azərbaycan-Qırğızıstan münasibətlərinin FOTOXRONİKASI
  • Bugün, 11:08
    Ceyhun Bayramov Əraqçı ilə görüşdü
  • Bugün, 10:46
    Bakıda aylıq normanın 5 qatından çox yağış yağdı
  • Bugün, 10:43
    Bakıdan sonra İrəvan COP tədbiri keçirməyə hazırlaşır
  • Bugün, 10:29
    Deputatımız ABŞ-ə gedir
  • Bugün, 10:19
    İrana qarşı nüvə silahından istifadə edilməyəcək - Tramp
  • Bugün, 10:15
    Qardaş ölkələr bu dəfə meydanda rəqibdir
  • Bugün, 09:56
    Hikmət Hacıyevlə Alen Simonyan görüşüb
  • Bugün, 09:53
    İlham Əliyev Ərdoğanla görüşdü - GÖRÜNTÜ
  • Bugün, 09:50
    Modern.az 17 yaşında!
  • Bugün, 09:45
    Azərbaycan–Ermənistan münasibətlərində sülh gündəliyi yeni mərhələyə keçir.
  • Dün, 16:02
    Çinin Baş prokuroru Azərbaycanda işgüzar səfərdədir
  • Dün, 11:54
    Prezident Qırğızıstanda səfərdədir
  • Dün, 11:31
    DYP-dən sürücülərə xəbərdarlıq
  • Dün, 11:06
    Azərbaycanın coğrafi üstünlüyü: Bakı ŞƏT üçün kritik önəmlidir
  • Dün, 10:51
    İlham Əliyev Şimali Kiprin Prezidentinə başsağlığı verdi
  • Dün, 10:42
    Azərbaycanda 1,1 milyon insanın pensiyası artırılacaq
  • Dün, 10:19
    Pezeşkianla Paşinyan Qırğızıstana getdi
  • Dün, 10:10
    Xark adasını parça-parça edirlər - Tramp görüntüləri yaydı
  • Dün, 10:08
    Müəllimlərin təkrar sertifikasiyası BAŞLAYIR
  • Dün, 10:03
    Prezident Qırğızıstana gedəcək - GÖRÜNTÜ
  • Dün, 09:01
    Yasamal sakinlərinin nəzərinə!
  • Dün, 08:58
    Ata-anası “Sədərək”dən cehiz almağa getdi - 17 yaşlı qız sığınacağa qaçdı
  • Dün, 08:56
    İki qardaş ölkənin baş diplomatları görüşdü
  • Dün, 08:53
    Avtomobillərin qiyməti artacaq?
  • Dün, 08:51
    Deputatdan Zelenskiyə gözlənilməz məsləhət
  • 28-08-2026, 14:58
    Nigar Fərhad sərbəst buraxıldı
  • 28-08-2026, 14:18
    Qurban Qurbanov bacarmadığını etiraf etməlidir - POLEMİKA
  • 28-08-2026, 14:02
    SOCAR prezidentinə yeni müşavir təyin olundu
  • 28-08-2026, 11:49
    Mənim Prezidentim İlham Əliyevin 2026-cı il avqustun 23-də Özbəkistana dövlət səfəri zamanı Azərbaycan–Özbəkistan münasibətlərinin strateji xarakterini bir daha nümayiş etdirdi.
  • 28-08-2026, 10:46
    Ödənişli universitetə qəbul olunsa da, bu şəxslər təhsil haqqı ÖDƏMƏYƏCƏK
  • 28-08-2026, 10:01
    Ali məktəbərin boş qalan yerlərinə ixtisas seçimi BAŞLADI
  • 28-08-2026, 09:53
    Bakıdakı küləyə görə ayağı sınan, əli kəsilən var
  • 28-08-2026, 09:50
    Daxili İşlər Nazirliyi kirayə ev axtaran tələbələrə müraciət etdi
Daha çox
28-08-2026, 11:49
Mənim Prezidentim İlham Əliyevin 2026-cı il avqustun 23-də Özbəkistana dövlət səfəri zamanı Azərbaycan–Özbəkistan münasibətlərinin strateji xarakterini bir daha nümayiş etdirdi.
26-08-2026, 16:12
26 Avqust - Laçın Şəhəri Günü: “Tarixi ədalətin təntənəsi” mövzusunda tədbir keçirilib
26-08-2026, 15:45
Laçın Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirildi. 26.08.2026
26-08-2026, 12:43
Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın doğum günüdür!
26-08-2026, 14:40
Azərbaycan Texnologiya Universitetinin dekanı Fazil müəllim Mehriban xanım Əliyevanı ad günü münasibətilə təbrik edir
28-08-2026, 09:50
Daxili İşlər Nazirliyi kirayə ev axtaran tələbələrə müraciət etdi
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə