• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Şəhid Elçin Əzizovun xatirəsi əbədiləşdirildi: büstü qoyuldu - FOTOLAR

Cəmiyyət

24-08-2021, 14:12

Şəhid Elçin Əzizovun xatirəsi əbədiləşdirildi: büstü qoyuldu - FOTOLARBu gün Binəqədi rayonunun Sulutəpə qəsəbəsində cəbrayıllı şəhid, Sərhəd Qoşunlarının baş leytenantı Elçin Əzizovun adına salınmış parkın, onun büstünün və bulaq kompleksinin açılış mərasimi keçirilib.

Dovletinfo.az-ın məlumatına görə, Şəhidin xatirəsinin əbədiləşdirildiyi bu park, onun şərəfinə qoyulan büst və hazırlanmış bulaq kompleksi Elçin Əzizovun ailəsinin şəxsi vəsaiti hesabına ərsəyə gəlib.

Tədbirdə şəhid ailələri, hərbçilər, rəsmi şəxslər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Öncə Azərbaycan Respublikası və Türkiyə Cümhuriyyətinin dövlət himnləri səsləndirilib, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra çıxış edənlər Sərhəd Qoşunlarında xüsusi təyinatlı kimi şərəfli xidmət yolu keçmiş baş leytenant Elçin Əzizovun vətənə, torpağa sevgisindən, cəbhədə göstərdiyi qəhrəmanlığından söz açıblar.

Cəbrayıl rayon İcra Hakimiyyəti başçısının müavini Fəridə İbayeva xatırladıb ki, Elçin Əzizov hələ 2016-cı ildə baş verən Aprel döyüşlərində göstərdiyi fədakarlığa görə baş leytenant hərbi rütbəsinə layiq görülmüş, bir sıra orden və medalllarla təltif olunmuşdu.
O, 44 günlük Vətən müharibəsində qazanılmış böyük qələbədə Elçin Əzizovun da payının olduğunu qeyd edərək, şəhidin ailəsinə təşəkkür edib.

Milli Məclisin Cəbrayıldan olan deputatı Ceyhun Məmmədov Elçin Əzizov kimi igid, qorxmaz oğullar sayəsində 30 il işğalda qalmış torpaqlarımızın azad olunduğunu vurğulayıb, belə qəhrəmanların gənclər üşün örnək olduğunu qeyd edib.

Dövlət Sərhəd Xidmətinin hərbçiləri Elçin Əzizovla bağlı xatirələrini bölüşüblər.

Milli Qəhrəman Polad Həşimovun qardaşı İlham Həşimov isə rəsmi qurumları şəhid ailələrinə diqqəti artırmağa çağırıb. O, bu cür xatirə guşələrinin şəhid ailələrinin öz vəsaiti hesabına salınmasından təəssüfləndiyini vurğulamağı da unutmayıb.

Vətən Müharibəsi Veteranları Birliyinin sədri Füzuli Rzaquliyev Elçin Əzizovun adına salınmış xatirə komleksinə görə bu işin təşəbbüskarına - şəhidin dayısı Vaqif Əhmədova təşəkkürünü bildirib, onu rəhbəri olduğu təşkilatın fəxri üzü elan edib.

Xalq artisti Nurəddin Mehdixanlı Elçin Əzizov kimi oğul yetişdirmiş ailəyə təşəkkür edib.

Sonra tanınmış bəstəkar Ruslan Səfəroğlu şəhidin xatirəsinə bəstələdiyi mahnını ifa edib. Həzin və kədər dolu musiqi mərasimdə iştirak edənlərin hər birini təsirləndirib.

Tədbirdə iştirak edən məktəblilər isə Elçin Əzizovun adına yazılmış şeirlər səsləndiriblər.

Sonda şəhidin anası Mələk Əhmədova oğlunu yad etmək üçün mərasimə gələnlərə təşəkkür edib.

Elçin Əzizivonun 4-cü sinifdə oxuyan oğlu Yusif atasının hansı amal uğrunda canını fəda etdiyini söyləyərək, onunla fəxr etdiyini bildirib.

Baş leytenant Elçin Əvəz oğlu Əzizov 1985-ci il martın 31-də Cəbrayıl rayonun Böyük Mərcanlı kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra - 2002-ci ildə Azərbaycan Texniki Universitetinə qəbul olunub.
Universiteti bitirdikdən sonra, 2006-cı ildə Azərbaycan Respublikası Daxili Qoşunların hərbi hissəsində hərbi xidmətdə olub. Hərbi xidmətdə olduğu müddətdə Azərbaycanın Milli Qəhrəmanı, Şəhid Mübariz İbrahimovla birlikdə döyüş yolu keçib.
Elçin Əzizov 2007-ci ildə hərbi xidmətdən tərxis olunub.

2008-ci ildə dayısı qızı Cevda Əhmədova ilə ailə həyatı quran Elçinin bu evlilikdən 3 övladı dünyaya göz açıb: Yusif, Duyğu və Uğur.

2012-ci ildə Elçin Əzizov Sərhəd Qoşunlarının çevik hərəkət dəstəsində gizir rütbəsi ilə yenidən hərbi xidmətə başlayıb.

Nümunəvi xidmətə görə, Dövlət Sərhəd Xidməti rəisinin 29 dekabr 2013-cü il tarixli əmri ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi” (1918-2013) yubiley medalı, 3 dekabr 2014-cü il tarixli əmri ilə “Azərbaycan Sərhəd Mühafizəsinin 95 illiyi” (1919-2014) yubiley medalı, 18 avqust 2015-ci il tarixli əmri ilə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı, 14 avqust 2019-cu il tarixli əmrilə “Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi” (1919-2019) yubiley medalı ilə təltif olunub.

2016-cı ildə Aprel döyüşlərində göstərdiyi qəhrəmanlığa görə baş leytenant rütbəsi alıb. Ölkə prezidentinin 16 avqust 2018-ci il tarixli sərəncamı ilə “Hərbi xidmətə görə” medalı, 16 avqust 2019-cu il tarixli sərəncamı ilə isə “Vətən uğrunda” medalı ilə təltif olunub.

2020-ci ilin sentyabr ayının 27-də Vətən müharibəsinə yollanın Elçin Murovdağ, Füzuli və Cəbrayıl istiqamətlərində gedən döyüşlərdə iştirak edib.

Oktyabrın 13-də baş leytenant Elçin Əzizov doğma Cəbrayıl rayonunun Sarıcallı kəndində ağır yaralanmış hərbçilərimizi xilas etməyə - savaş meydanından çıxarmağa gedərkən şəhid olub. Şəhidimiz Bakıdakı İkinci Fəxri Xiyabanda dəfn edilib.

Baş leytenat Elçin Əzizov ölümündən sonra Azərbaycan Prezidentinin sərəncamları ilə “Vətənə xidmətə görə” III dərəcəli orden, “Vətən uğrunda” və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunub.Şəhid Elçin Əzizovun xatirəsi əbədiləşdirildi: büstü qoyuldu - FOTOLARŞəhid Elçin Əzizovun xatirəsi əbədiləşdirildi: büstü qoyuldu - FOTOLARŞəhid Elçin Əzizovun xatirəsi əbədiləşdirildi: büstü qoyuldu - FOTOLARŞəhid Elçin Əzizovun xatirəsi əbədiləşdirildi: büstü qoyuldu - FOTOLAR

Oxunub: 691
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

18-07-2021, 10:04

Şəhidin doğum günündə bulaq kompleksinin açılışı oldu

Cəmiyyət

18-02-2020, 10:45

Ağsuda şəhidin xatirəsi ehtiramla yad olunub

Gündəm

14-07-2021, 21:26

Sumqayıtda Polad Həşimovun büstü və xatirə muzeyi açıldı - FOTO

Gündəm

24-07-2021, 09:38

Cəbrayıllı şəhidlər haqqında kitabın təqdimatı oldu - FOTOLAR

Siyasət

31-10-2019, 17:00

Eldar Əzizovun kürəkəni icra başçısı olur — Daha iki icra başçısı GEDİR

Şou Biznes
Tiktoker Müjgan həbs edildi
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Loqo ✕ RamazanGÜNDƏMSİYASƏTSOSİALMEDİAHADİSƏİQTİSADİYYATMƏDƏNİYYƏTİDMANCOP29DÜNYAMARAQLITƏHLİLDİGƏRHAQQIMIZDAƏLAQƏPEŞƏ ETİKASI “Bu siyahıda yaddan çıxan müğənnilər var”
Mədəniyyət
19-08-2026, 09:20
Qarabağ və Şərqi Zəngəzurda 130 abidə inventarlaşdırılmayıb - RƏSMİ
18-08-2026, 16:47
Prezident təqaüdçüləri ailə qururlar
24-07-2026, 13:58
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
31-03-2026, 17:04
Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA
30-03-2026, 22:20
Elnur Ağdamlının 30 illik sənət yolu Sumqayıtda yüksək səviyyədə qeyd edildi
30-03-2026, 08:38
Laçında ilin ən böyük turizm layihələrindən biri reallaşır
Hadisə
28-08-2026, 09:53
Bakıdakı küləyə görə ayağı sınan, əli kəsilən var
24-08-2026, 15:49
34 yaşlı mühafizəçinin meyiti aptekdə tapıldı
21-08-2026, 09:00
Gürzəni öldürən Neftçala sakini özü də öldü
Son xəbərlər
  • Bugün, 16:02
    Çinin Baş prokuroru Azərbaycanda işgüzar səfərdədir
  • Bugün, 11:54
    Prezident Qırğızıstanda səfərdədir
  • Bugün, 11:31
    DYP-dən sürücülərə xəbərdarlıq
  • Bugün, 11:06
    Azərbaycanın coğrafi üstünlüyü: Bakı ŞƏT üçün kritik önəmlidir
  • Bugün, 10:51
    İlham Əliyev Şimali Kiprin Prezidentinə başsağlığı verdi
  • Bugün, 10:42
    Azərbaycanda 1,1 milyon insanın pensiyası artırılacaq
  • Bugün, 10:19
    Pezeşkianla Paşinyan Qırğızıstana getdi
  • Bugün, 10:10
    Xark adasını parça-parça edirlər - Tramp görüntüləri yaydı
  • Bugün, 10:08
    Müəllimlərin təkrar sertifikasiyası BAŞLAYIR
  • Bugün, 10:03
    Prezident Qırğızıstana gedəcək - GÖRÜNTÜ
  • Bugün, 09:01
    Yasamal sakinlərinin nəzərinə!
  • Bugün, 08:58
    Ata-anası “Sədərək”dən cehiz almağa getdi - 17 yaşlı qız sığınacağa qaçdı
  • Bugün, 08:56
    İki qardaş ölkənin baş diplomatları görüşdü
  • Bugün, 08:53
    Avtomobillərin qiyməti artacaq?
  • Bugün, 08:51
    Deputatdan Zelenskiyə gözlənilməz məsləhət
  • 28-08-2026, 14:58
    Nigar Fərhad sərbəst buraxıldı
  • 28-08-2026, 14:18
    Qurban Qurbanov bacarmadığını etiraf etməlidir - POLEMİKA
  • 28-08-2026, 14:02
    SOCAR prezidentinə yeni müşavir təyin olundu
  • 28-08-2026, 11:49
    Mənim Prezidentim İlham Əliyevin 2026-cı il avqustun 23-də Özbəkistana dövlət səfəri zamanı Azərbaycan–Özbəkistan münasibətlərinin strateji xarakterini bir daha nümayiş etdirdi.
  • 28-08-2026, 10:46
    Ödənişli universitetə qəbul olunsa da, bu şəxslər təhsil haqqı ÖDƏMƏYƏCƏK
  • 28-08-2026, 10:01
    Ali məktəbərin boş qalan yerlərinə ixtisas seçimi BAŞLADI
  • 28-08-2026, 09:53
    Bakıdakı küləyə görə ayağı sınan, əli kəsilən var
  • 28-08-2026, 09:50
    Daxili İşlər Nazirliyi kirayə ev axtaran tələbələrə müraciət etdi
  • 28-08-2026, 09:29
    Bəs “vaxtı gələndə” nə deməkdir?
  • 28-08-2026, 09:27
    Ermənistanda 3 nazirliyin adı dəyişdirildi
  • 28-08-2026, 09:24
    Daşqın nəticəsində ölənlərin sayı 500-ə çatır
  • 28-08-2026, 09:22
    İlin son Ay tutulması başlayıb
  • 28-08-2026, 09:20
    UEFA reytinqində Azərbaycanın mövqeyi
  • 28-08-2026, 09:18
    7 ölkə İrana görə İstanbulda toplaşır - kritik görüş
  • 27-08-2026, 16:22
    Prezident “Sabah”a 5 milyon pul ayırdı
  • 27-08-2026, 16:06
    Müasir Azərbaycan cəmiyyətində qadın ziyalı obrazını ləyaqətlə təmsil edən Mina Şirinova (Minə Aqil), həm təhsil rəhbəri, həm də istedadlı qələm sahibi kimi tanınır
  • 27-08-2026, 12:03
    Məktəbli geyimlərin qiyməti aşağı salındı - SATIŞ ÜNVANLARI
  • 27-08-2026, 11:29
    Nepaldakı sel fəlakətində 1 500 insan itkin düşüb
  • 27-08-2026, 10:28
    Rayonlara leysan yağıb - FAKTİKİ HAVA
  • 27-08-2026, 10:23
    Son 20 ildə Bakıya 200 milyard dollar xərclənib? - Açıqlama
Daha çox
28-08-2026, 11:49
Mənim Prezidentim İlham Əliyevin 2026-cı il avqustun 23-də Özbəkistana dövlət səfəri zamanı Azərbaycan–Özbəkistan münasibətlərinin strateji xarakterini bir daha nümayiş etdirdi.
26-08-2026, 16:12
26 Avqust - Laçın Şəhəri Günü: “Tarixi ədalətin təntənəsi” mövzusunda tədbir keçirilib
24-08-2026, 19:30
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Bərdə rayonunda keçirildi. 24.08.2026
26-08-2026, 15:45
Laçın Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirildi. 26.08.2026
25-08-2026, 17:52
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Mincəçevir şəhərində keçirildi. 25.08.2026
26-08-2026, 12:43
Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın doğum günüdür!
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə